SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

DÖVLƏT İDARƏÇİLİYİNDƏ CİDDİ İXTİSARLAR APARILACAQ – Baş nazirin müavini mesaj verdi

3-05-2017, 11:19 | Oxunub: 7 470 |

DÖVLƏT İDARƏÇİLİYİNDƏ CİDDİ İXTİSARLAR APARILACAQ – Baş nazirin müavini mesaj verdi
“Bürokratik aparatın əsassız olaraq şişməsi dövlətlərin əksəriyyətində müşahidə olunan hadisə sayıla bilər. Bu isə, öz növbəsində, büdcə xərclərinin artması ilə yanaşı, idarəçiliyin keyfiyyət parametrlərinin azalması ilə müşahidə olunur. Statistik məlumatlar Azərbaycanda bu sahədə ciddi tədbirlərin görülməsinə ehtiyac olduğunu göstərir”.

Bu barədə baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.

Baş nazirin müavini Dövlət Statistika Komitəsinin məlumatına istinad edərək qeyd edib ki, 2015-ci ildə dövlət idarəetməsi, müdafiə və sosial təminat sahəsində 287,3 min nəfər çalışıb: “Eyni zamanda, bu sahədə çalışanların sayında artım hiss olunmaqdadır. 2010-cu ildə dövlət idarəçiliyində çalışanların sayı 279 min nəfər olub”.

Onun sözlərinə görə, ayrı-ayrı ölkələrdə dövlət idarəçiliyində çalışan işçilərin müqayisəsi onların əhalinin hər 10 min nəfərinə düşən sayı əsasında həyata keçirilir. “Dövlət Statistika Komitəsinin məlumatından aydın olur ki, Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür (ordu və təhlükəsizlik xidmətlərində çalışanlar da buraya daxildir). Həmin göstərici ABŞ, Almaniya, Yaponiya və Rusiya Federasiyasında 100-110 nəfər arasındadır. Fərqin təxminən 2,5 dəfə olduğu bu müqayisənin ortaya çıxardığı ən diqqətçəkən məqamdır. Təhlilin ortaya qoyduğu digər reallıq idarəetmə sahəsində optimallaşma addımlarının atılmasının qaçılmaz olması ilə əlaqədardır. Söhbət həm şaquli, həm də üfüqi idarəetmə istiqamətlərində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsindən gedir. Zəruri, optimal həddə ixtisarların aparılması ilə yanaşı yeni idarəetmə, o cümlədən inzibati-ərazi idarəetmə formalarının tətbiq edilməsi günün aktual probleminə çevrilib. İdarəçilik metodlarının təkmilləşdirilməsi, daha müasir formaların sınaqdan keçirilməsi bu sahədə arzuolunan islahatların digər istiqamətini təşkil edir. Dövlət idarəçiliyi aparatı nəinki sayca optimal olmalı, habelə çevikliyi, qərarların qəbulu müddətinin minimuma endirilməsi kimi keyfiyyətləri ilə seçilməlidir. İnkişafın və dəyişikliklərin yüksək dinamikasının müşahidə olunduğu indiki dövrdə qərarların qəbulunun gecikməsi və ya lazımi idarəçilik çevikliyinin olmaması idarəetmə sisteminin fəaliyyətinin faydalılıq əmsalını ciddi şəkildə aşağı salır. Nəhayət, aşkarlığın, şəffaflığın təmin edilməsi, idarəetmə sisteminin bütün pillələrinin müxtəlif növdən olan neqativlərdən təmizlənməsi dövlət idarəçiliyi sahəsində islahatların ən vacib sahəsi kimi qeyd edilməlidir. Neqativlərə qarşı mübarizə bütün dövrlərdə və ölkələrdə dövlət idarəçiliyi sahəsində, müəyyən mənada, ənənəvi hal almış fəaliyyət növünə çevrilib. Müasir idarəetmənın bu mübarizəni daha da gücləndirməyə həm ehtiyacı artıb, həm də imkanları. Qanun və qaydaların təkmilləşməsindən başlayaraq ən müasir texnologiyalardan istifadə etmək əsasında fəaliyyət göstərən “Elektron hökumət” ideyasının reallaşmasınadək çox geniş imkanlar dəsti mövcuddur ki, dövlət idarəçiliyi sahəsində zəruri şəffaflığı təmin etməklə neqativlərə qarşı mübarizənin səmərəsini qat-qat artıra bilər”, – deyə o bildirib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR