17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Dünya ölkələrinin hərbi güc reytinqi: Azərbaycan...
Azərbaycan hərbi gücünün reytinqinə görə 126-cı dövlət arasında 59-cu yerdədir.
Emtv.az “Globalfirepower.com”a istinadən xəbər verir ki, bu, “Global Firepower Index” (Hərbi Gücün Qlobal İndeksi) təşkilatının 2016-ci il üzrə hesabatında bildirilib.
İnformasiyaya əsasən, Türkiyə ilk onluqda yerə alaraq 8-ci, Gürcüstan 80-ci, Ermənistan 95-ci yerdədir.
Reytinq cədvəlində ilk 3 yeri ABŞ, Rusiya və Çin tutub.
Hesabat müəllifləri siyahını tərtib edərkən, nüvə silahını nəzərə almayıblar. Reytinq dövlətin adi silahlar, iqtisadi güc, sərhədinin ölçüsü, özünütəmin etmək (neft kimi təbii ehtiyatlar), su mənbələrinə yaxınlıq və s. amillər əsasında hazırlanıb.
Bundan başqa, dövlətin hərbi güc reytinqi hərbi büdcənin miqdarı, canlı qüvvənin, tankların, təyyarələrin, sualtı qayıqların, aviadaşıyıcıların sayı və interqaiya göstərcisinə əsasən müəyyənləşdirilir.
Qeyd edək ki, təşkilatın 2015-ci il üzrə hesabatında Azərbaycan 64-cü, Ermənistan 74-cü, Gürcüstan 75-ci yerdə qərar tutmuşdu.
Emtv.az