18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Əflatun Amaşovdan Şəbnəm Tovuzlu açıqlaması:- MƏŞHURLAŞMAQ ÜÇÜN ŞƏKİLLƏRİNİN YAYILMASINI MƏTBUATDAN XAHİŞ EDİRLƏR
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bir neçə gün öncə mətbuatda pornoqrafik videosu yayılan gənclər, eləcə də Şəbnəm Tovuzlunun açıq-saçıq şəkilləri yayılmasına münasibət bildirib.
Ə.Amaşov mətbuata açıqlamasında kütləvi informasiya vasitələrində açıq etik qaydalardan uzaq, pornoqrafik şəkil və videolar olan xəbərlərin yayımlanmasının düzgün olmadığını deyib:
“Hər bir kütləvi İnformasiya rəhbəri hər şeydən əvvəl oxucusunu düşünməlidir. Bu şəkillər oxucuya necə zərbə vura bilər? Onun üzərində dayanmalıdırlar. Həmçinin, müğənnilərin müəyyən formada şəkillərinin verilməsini dəstəkləmirəm. O cür fotoların tirajlanması düzgün deyil. Bəzən onlar özləri məşhurlaşmaq məqsədilə o cür şəkillərinin yayımlanması üçün mətbuatdan xahiş edirlər. Bu düzgün yanaşma deyil”.
Ə. Amaşov əlavə edib ki, redaktor oxucusuna hörmət etməli pornoqrafik, erotik şəkillərin təqdim olunmasının qarşısını almalıdır. Gözəllik naminə hər şeyin mətbuatda yayımlanması qeyri-etikdir.
Xatırladaq ki, bir neçə gün öncə Bakıda polis olduğu iddia edilən naməlum şəxslər gənclərin intim münasibət üçün kirayələdikləri evə basqın ediblər. Çəkilişi görən iki oğlan, eləcə də onlarla olan qızlar bir anlıq özlərini itiriblər, hətta bu işdə bir-birlərini günahlandırıblar. Həmçinin, bu gün medifax sayti azərbayacanlı ifaçı Şəbnəm Tovuzlunun qeyri-rəsmi nigahda yaşadığı əri ilə +18 fotolarını yayıb. Foto sosial şəbnəlkələrdə böyük rezonans doğurub.
Emtv.az