SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Zaxarovanın təhqirinə Amaşovdan cavab

28-04-2017, 12:09 | Oxunub: 9 213 |

Zaxarovanın təhqirinə Amaşovdan cavab
Mariya Zaxarovanın Azərbaycan jurnalistlərini təhqir etdiyi videoya baxdım. Onun jurnalistin sözünü kəsməsi, Azərbaycan jurnalistləri ilə bağlı yağdırdığı o həqarətlər qeyri-etikdir.

Bu sözləri mətbuata açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Azərbaycan jurnalistlərini təhqir etməsi olayına münasibət bildirən Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Ə.Amaşov bildirib ki, Zaxarovanın azərbaycanlı jurnalistləri təhqi etməsi Rusiya XİN nümayəndəsinə yaraşmayan bir hərəkət idi:

“Zaxarovanın vəzifəsi Rusiya XİN-in sözcüsü kimi jurnalistlərin suallarını dinləmək və təmsil etdiyi qurumun səlahiyyətləri müstəvisində onları cavablandırmaqdır. Çox təəssüf ki, biz bunu görmədik, əksinə, mətbuat xidmətinin hərəkətlərinə yaraşmayan bir mövqe sərginləndi, sual verən azərbaycanlı jurnalist təhqir olundu və təmsil etdiyi ölkənin jurnalistlərinə həqarətlər yağdırıldı. Biz bunu birmənalı olaraq pisləyirik. Zaxarova Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərdə niyə olduğunu çox yaxşı bilir. Zaxarova onu da çox yaxşı bilir ki, Dilqəm və Şahbazın üzərində qanunsuz məhkəmə quruldu və bu, beynəlxalq hüquqa ziddir. Zaxarova bu hadisələri araşdırarkən paralellər aparsa, yəqin ki, baş verən olayların dəqiq olduğunu anlayacaq. Hesab edirəm ki, Zaxarovanın azərbaycanlı jurnalsitlərə qarşı bu hərəkətləri onun tutduğu vəzifəyə qeyri-adekvat olmaqla bərabər, həm də qeyri-peşəkarlığından xəbər verir”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən gün keçirdiyi brifinqdə Azərbaycan jurnalistlərini təhqir edib. O, APA-nı təmsil edən Fərid Əkbərovun 2014-cü ilin dekabrında qondarma “DQR” məhkəməsi tərəfindən ömürlük həbs cəzası verilən Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualını yarımçıq kəsərək Azərbaycan mətbuatında bu səpkidə yazılan yazıları “tərbiyəsizlik” adlandırıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR