SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Azərbaycan ordusu Ağdamdan cəbhəni yarıb Xankəndinə girə bilərdi..” - ERMƏNİ GENERALDAN ŞOK AÇIQLAMA

27-04-2017, 13:01 | Oxunub: 9 300 |

“Azərbaycan ordusu Ağdamdan cəbhəni yarıb Xankəndinə girə bilərdi..” - ERMƏNİ GENERALDAN ŞOK AÇIQLAMA
Ötən ilin aprel döyüşlərində aldıqları zərbələrdən sonra Qarabağdakı erməni silahlı birləşmələri müdafiə xəttini durmadan möhkəmləndirir. Emtv.az virtualaz.org-a istinadən xəbər verir ki, qondarma “DQR”in “təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyan “Mediamaks” agentliyinə müsahibəsində hazırda birinci müdafiə xəttində bütün mühəndis işlərinin yekunlaşdığını deyib. Onun sözlərinə görə, ikinci və üçüncü müdafiə xətlərində bir az yarımçıq işlər qalıb ki, bunlar da yekunlaşmaq üzrədir.

Vitali Balasanyan özünə və ötən ilin aprelində təmas xəttinin iki istiqamətində Azərbaycan ordusunun əks-həmləsinə tab gətirməyib darmadağın olan erməni ordusuna təskinlik verərək deyib ki, Azərbaycanın nəzarət altına aldığı ərazilər “strateji əhəmiyyət kəsb etmir”. “Lakin itirilən hər santimetr torpaq, hər ölən əsgər bizim üçün dözülməz və ağır dərddir”-öz mövqeyi ilə “bir qarış da torpaq qaytarmamaq” tərəfdarları sırasında olan Balasanyan deyib.
“Azərbaycan ordusu Ağdamdan cəbhəni yarıb Xankəndinə girə bilərdi..” - ERMƏNİ GENERALDAN ŞOK AÇIQLAMA
Xatırladaq ki, ötən ilin aprel döyüşləri zamanı Vitali Balasanyan orduda heç bir vəzifə tutmurdu, buna baxmayaraq erməni qüvvələrinin təmas xəttində darmadağın edilərək geri çəkilməsindən sonra Balasanyan da daxil olmaqla birinci Qarabağ müharibəsinin bir çox səhra komandirləri səfərbər edilərək ön xəttə göndərilmişdi. Balasanyan isə özünün sonradan təsdiq etdiyi kimi Ağdərə-Tərtər istiqamətində döyüşlərə faktiki komandanlığı üzərinə götürmüşdü. Çünki ermənilərin Ağdərə yaxınlığında dislokasiya olunmuş Mataqis polkunun komandiri, polkovnik Arutyun Əmirxanyan döyüşlər başlayanda qaçıb aradan çıxmışdı. (Sonradan onu vəzifəsindən azad etdilər-red.)
“Azərbaycan ordusu Ağdamdan cəbhəni yarıb Xankəndinə girə bilərdi..” - ERMƏNİ GENERALDAN ŞOK AÇIQLAMA
Erməni generalı iddia edir ki, Azərbaycanın planı aşağıdakından ibarət olub: hərbi əməliyyatların dördüncü, yaxud beşinci günündə təmas xəttinin mərkəzi hissəsində-Ağdam istiqamətində cəbhəni yarmaq və Stepanakertə (Xankəndi) qədər irəliləmək. Balasanyana görə Azərbaycanın arsenalı bu planı reallaşdırmağa imkan verirdi. Lakin o, lovğalanır ki, həmin günlərdə erməni ordusunun müdafiəni təşkil etməsi buna mane oldu.
“Azərbaycan ordusu Ağdamdan cəbhəni yarıb Xankəndinə girə bilərdi..” - ERMƏNİ GENERALDAN ŞOK AÇIQLAMA
Əlbətdə, ötən ilin apelində Qarabağda hərbi əməliyyatların Azərbaycan ordusunun təmas xəttinin iki istiqamətində bir neçə kilometr irəliləməsinin ardınca Rusiyanın müdaxiləsi ilə dayandırılması baş verməsəydi, general Balasanyan da indi bu müsahibəni verib lovğalanmazdı...

Ağdam istiqamətinə gəldikdə isə məlumdur ki, ötən ilin aprelində cəbhənin həmin istiqamətində vəziyyət dəyişməz qalmışdı. Azərbaycan ordusu həmin istiqamətdən əks-hücum əməliyyatı keçirməmişdi, ancaq Ermənistan ordusu həmin istiqamətdə dinc əhalinin təmas xəttinə daha yaxın və sıx yaşadığını nəzərə alaraq artilleriya zərbələrini əsasən bu istiqamətə yönəltmişdi.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR