18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ebru Gündeş və Rza Zərraba böyük şok
Müğənni Ebru Gündeş və həyat yoldaşı Rza Zərrab Kanlıcada yerləşən tarixi villanı alaraq icazəsiz təmir etdikləri üçün məhkəməyə verilmişdilər.
Emtv.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, hər ikisinin işinə ayrı-ayrlıqda baxıldığı üçün hazırda ABŞ-da həbsdə olan Rzanın məhkəməsi artıq keçirilib. Prosesə iş adamının vəkili qatılıb.
Məhkəmədə villanın keçmiş sahibi danışaraq oranı ilk aldığında xaraba vəziyyətdə olduğunu, qanuna və tarixi binanın əslinə uyğun olaraq təmir etdirdiyini bildirib. Lakin təmirlər bitməmiş səhhətindəki problemlərinə görə mülkü R.Zərrabdan əvvəlki sahibinə satıb:
"Məndən sonra aparılan təmir işlərini və dəyişiklikləri bilmirəm. Daha sonra mətbuatdakı fotolarda gördüm ki, dəyişiklik edilib. Villalardan biri yüksəldilmişdi".
Rza Zərrabın ifadəsinin alınması üçün proses təxirə salınıb.
Daha sonra Ebru Gündeşin məhkəməsi olub. İttihamnamədə villaların tarixi binaların qorunmasına zidd şəkildə təmir etdirildiyi, villalar arasında lift tikildiyi, binaların icazəsiz birləşdirildiyi, pəncərələrin dəyişdirildiyi, balkonun bağlanılaraq içəriyə daxil edilməsi, binanın özünəməxsus memarlığının məhv edildiyi bildirilib.
Məhkəmə son qərar üçün təxirə salınsa da, bütün edilən dəyişikliklərin sökülməsi qərarı çıxarılıb. Bu qərarla Rza və Ebru milyonlar xərclədiyi təmiri sökdürməli olacaqlar.
Emtv.az