18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndələrinə diplomatik pasport və rütbə veriləcək
Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə Fövqəladə və Səlahiyyətli ikinci dərəcəli Elçi diplomatik rütbəsi verilir.
Emtv.az-ın report-a istinadən xəbərinə görə, bununla bağlı "Diplomatik xidmət haqqında" qanunun 9-cu (Diplomatik rütbələrin verilməsi qaydaları) maddəsində dəyişiklik edilməsi təklif olunur.
Qanuna əsasən, Fövqəladə və Səlahiyyətli Səfir, birinci və ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbələri Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə müvafiq olaraq verilir.
Bundan başqa, "Pasportlar haqqında" qanununa da dəyişiklik təklif edilir. Layihədə Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə diplomatik pasportların verilməsi təklif edilir.
Dəyişikliklər "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında" Azərbaycan Prezidentinin 2017-ci il 26 yanvar tarixli fərmanının icrası məqsədilə təklif olunur.
Layihə Milli Məclisin mayın 2-də keçiriləcək plenar iclasında müzakirə olunacaq.
Emtv.az