SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Flora Kərimova efirdə tanınmış bəstəkarı ağlatdı - video

26-04-2017, 13:03 | Oxunub: 9 555 |

Flora Kərimova efirdə tanınmış bəstəkarı ağlatdı - video
ARB TV-nin “Gəlin danışaq” verilişinin növbəti qonağı tanınmış bəstəkar Sevinc Tofiqqızı olub.

Verilişdə xalq artisti Flora Kərimova bəstəkar haqqında öz fikirlərini bölüşüb:

“Yaş fərqimizə baxmayaraq, mənim Sevinc xanım kimi üzü dönməz bütöv dostum var. Mən qadınlarımıza Sevinc xanımın analıq xoşbəxtliyini arzu edirəm”.

F.Kərimovanın bu sözləri qarşısında S.Tofiqqızı duyğulu anlar yaşayıb, bəstəkarın gözləri dolub:

“Flora xanım başqa bir xanımdır. Elə kədərli vaxtlarımda təsadüfən zəng edib, həmin işim düzəlib. Mən ona həmişə deyirəm ki, siz mənim mələyimsiniz. Elə bil ki, o xanım hiss edir. Kədərli anımda bir də görürdüm ki, Flora xanım zəng çaldı. Deyirəm ki, Flora xanım, nə yaxşı siz zəng elədiniz. Flora xanım mənə zəng edəndə həmin gün işlərim yoluna düşür”.

Əməkdar artist Manana da bəstəkar haqda xoş sözlər deyib:

“Sevinc xanımı uzun müddətdir tanımıram, amma bu bir neçə il ərzində mən onun şəxsiyyətinə və sənətinə vurulmuşam. Çox səmimi, gözəl və ürəyiaçıq xanımdır. Çox xoşbəxtəm ki, Sevinc xanımın bəstələdiyi mahnılardan birini ifa edirəm. Sevinc xanıma can sağlığı, uzun ömür arzulayıram”.

Manananın bu sözləri bəstəkarı göz yaşlarına boğub:

“Bilirsiniz, mən bunların hamısını xalqım üçün yaradıram. Mənim uğurum hamımızın uğurudur, mükafatım hamımızın mükafatıdır. Siz məni istəməsəydiniz, mənə dəyər verməsəydiniz, mən bu yerə gəlib çıxa bilərdimmi?! Mənim ən böyük mükafatım vətənimdir, xalqımdır. Hər ikisini də çox sevirəm. Nə yaradıramsa ürəklə, vətənim üçün, xalqım üçün yaradıram. İnsanların sevgisini qazanmaq lazımdır. Həyat enişli-yoxuşludur. Çətin günlərim də olub, ağır da, sevincli də”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR