18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Neftin yenidən ucuzlaşması iqtisadi problemlərin miqyasını artıra bilər
"Rusiya iqtisadiyyatına diqqət yetirsək, heç bir fundamental dəyişikliyin olmadığını görəcəyik. Bu, çox təhlükəli durumdur, çünki son illərdə hökumətin əlində valyuta ehtiyatları kimi güclü alət olub. Lakin hazırda bu pullar azalıb və gələcəkdə neft qiymətləri yenidən azalmağa başlayarsa, iqtisadi problemlərin miqyası daha böyük olacaq". Report "Gazeta.ru" saytına istinadən xəbər verir ki, bu açıqlamanı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) dosenti Aleksey Mixeyev bildirib.
A.Mixeyevə görə, Rusiya iqtisadiyyatı neftdən çox asılıdır və hazırda müşahidə olunan müsbət dinamika enerji daşıyıcılarının qiymətinin artması ilə bağlı olan müvəqqəti haldır.
"Resessiyadan çıxmaq üçün isə Rusiya iqtisadiyyatına gözlənilməz və "müsbət şok" effektli hadisələr lazımdır", - deyə Ali İqtisadiyyat Məktəbi (VŞE) Milli Tədqiqat Universitetinin (NİU) İnkişaf Mərkəzinin direktor müavini Valeriy Mironov bildirib. "Bizim iqtisadiyyat neft qiymətlərinin düşməsi ilə şok devalvasiyaya məruz qalıb. İqtisadiyyatın sağalması üçün şok terapiya keçirərək müəssisələrin və yeni istehsalat yerlərinin açılmasına mane olan bürokratik maneələri aradan qaldırmaq və məhkəmə sistemində islahatlar aparmaq lazımdır", - deyə V.Mironov qeyd edib.
Emtv.az