SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Azərbaycanın buna həm maddi imkanı çatır, həm də mənəvi haqqı...” - Bakıda mühüm tədbir keçirildi (Fotolar)

20-04-2017, 12:32 | Oxunub: 5 365 |

“Azərbaycanın buna həm maddi imkanı çatır, həm də mənəvi haqqı...” - Bakıda mühüm tədbir keçirildi (Fotolar)
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Prezident Administrasiyası və Mətbuat Şurasinin birgə təşkilatçılığı ilə Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsi və İslam Həmrəyliyi Oyunlarının İslam ölkələri arasında mədəni əlaqələrin möhləmləndirilməsi mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə MŞ sədri, millət vəkili Əflatun Amaşov açaraq, qısa müddət sonra Azərbaycanda keçiriləcək bu mötəbər tədbirin yerli və beynəlxalq medianın gündəmində olacağını bildirdi. Onun sözlərinə görə, tolerant dövlət olan Azərbaycanda ayrı-ayrı dinlərə, məzhəblərə sitayiş edən insanlar bərabər şəkildə yaşayırlar. MŞ sədri dedi ki, Azərbaycanda ayrı-ayrı dinlərə mənsub olan insanlar heç bir fərqə məruz qalmadan yaşayırlar və Azərbaycanda islam bərqərar olduqdan sonra bu dəyərlərə xüsusi önəm verilib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov isə dedi ki, VII - VIII əsrlərdən Azərbaycanda islam dini yayılmağa başlanılıb. Təsüdüfi deyil ki, dünyadakə ən qədim məscidlərdən biri məhz Azərbaycanda, Şamaxı şəhərindədir. Onun tarixi 7-ci əsrə dayanır. B. Həsənovun sözlərinə görə, zaman-zaman Azərbaycanda islam dini arasında təfriqə salmaq istəyən qüvvələr olsa da, onlar buna nail ola bilməyiblər. PA rəsmisi vurğuladı ki, dünyanın bir sıra ölkələrində bəzən eyni dinin ayrı-ayrı məzhəblərinin düşmənçilik etdikləri müşahidə olunur: “Amma Azərbaycanda bu cür hallar baş vermir. Ölkəmiz islam aləminə bir nümunədir. İslam dünyasının bu amilə ehtiyacı var. Bəzi qüvvələr islam dinini terrorçuluqla eyniləşdirirlər. Burada Avropa ölkələri rol alır. Buna görə də islam dünyasının həmrəyliyə ehtiyacı var. İslam dini ilə bərabər, islam mədəniyyəti də Azərbaycanda təşəkkül tapıb. İslam mədəniyyətinə Azərbaycan mədəniyyəti töhfələrini verib. Əsrlər boyu Azərbaycanda tolerant, multikultural dəyərlər mövcud olub”.

B.Həsənovun sözlərinə görə, Azərbaycanda islam dini daxilində məzhəblərarası şiddətin olmaması xalqımızın xoş niyyətinin göstəricisidir. PA rəsmisi məlumat verdi ki, hazırda Azərbaycandakı 2166 məsciddən 306-sı tarixi abidə kimi qorunur və bu da onu göstərir ki, Azərbaycan nümunəvi islam modelini ortaya qoya bilib. Bəhruz Həsənov Sovetlər dönəmindən bir rəqəm səsləndirməklə, çağdaş Azərbaycanda İslam dininin vəziyyətini ortaya qoydu. O, dedi ki, Sovet İttifaqı dönəmində Azərbaycanda cəmi 17 məscid mövcud olub: "Onların da bir çoxu heç normal fəaliyyət göstərmirdi..."

Bəhruz Həsənov bir mühüm məsələyə də toxunub. O, deyib ki, bu gün Səudiyyə Ərəbistanı, Pakistan Dağlıq Qarabağ məsələsinə görə Ermənistanı dövlət kimi tanımır, Türkiyə isə bu ölkə ilə heç bir əlaqə saxlamır. Lakin bəzi müsəlman ölkələri Ermənistanla müxtəlif sahələrdə əlaqələr saxlayır ki, bu da İslamın ruhuna ziddir.

Bəhruz Həsənov qeyd edib ki, Azərbaycan İslam dünyasında böyük nüfuza malikdir. Azərbaycan İslam dəyərlərinə ən yüksək səviyyədə önəm verən ölkələrdən biridir. Bu gün İslam dünyasının birliyə, mütəşəkkilliyə daha çox ehtiyacı var. Bu baxımdan Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi xüsusi önəm kəsb edir.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayevisə IV İslam Həmrəyliyi Oyunlarında bütün ölkələrin iştirak edəcəyini bildirdi. Onun dediyinə görə, yarışlar I Avropa Oyunları zamanı istifadə edilmiş 16 idman obyektində baş tutacaq: “Bu günə qədər Azərbaycanda yüzlərlə müxtəlif statuslu yarışlar keçirilib. Bu tədirlər içərisində həm Azərbaycan tarixi, həm də dünya idman tarixi üçün önəmli tədbir Avropa Oyunları oldu . Bu, bizim üçün böyük sınaq idi və biz bu sınaqdan çox uğurla çıxdıq. Azərbaycanın idman ölkəsu adlanmasına tam haqqı var. Dövlət siyasəti çərçivəsində gənclərimizin fiziki inkişafı ən əsas istiqamətlərdən biridir. Gənclərin hərtərəfli inkişafı üçün geniş şərait yaradılıb və idman infrastrukturu formalaşdırılıb”.

İ.Babayev inandığını deyib ki, Avropa oyunları zamanı göstərdiyimiz uğurlar yenidən təkrarlanacaq. Onun sözlərinə görə, bu, eyni zamanda gənclərimiz arasında könüllülük hərəkatının inkişafına da töhfə verəcək: “8 min könüllümüz hazırlanıb. Hər bir yarışmada könüllü hazırlayanda onların qarşısına vəzifə qoyuruq ki, siz Azərbaycanın gənc səfirlərisiz. Bura gələnlər ilk dəfə Azərbaycanın simasında sizi görəcəklər”.

“İslam Həmrəyliyi Oyunlarının işıqlandırılması üçün 1000-dən artıq yerli və xarici mətbuat orqanı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edib, onların əksəriyyəti akkreditisayadan keçirilib”. Bunu isə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirdi. Onun dediyinə görə, jurnalistlərin 200-ə qədəri ərəb ölkələrini əhatə edir: “Xarici İşlər Nazirliyi İslam Həmrəyliyi Oyunları ilə bağlı üzərinə düşən işləri görür: "Bilirsiz ki, burada əsas iş viza məsələsidir. İslam Həmrəyliyi Oyunlarının akkreditasiyadan keçən iştirakçıları, azarkeşləri ölkəyə vizasız gələ biləcəklər. Bu il Azərbaycanın islam ölkələri ilə diplomatik əlaqələrinin 25 illiyi qeyd olunur. Müstəqillik əldə etdkdən sonra ölkəmiz islam ənənələrinə sadiq qalaraq bir sıra addımlar atdı. Bu baxımdan bir sıra beynəlxalq təşkilatlara qoşuldu. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən ərəb ölkələri birmınalı olaraq Azərbaycana dəstək verdi. Bu da mövcud əlaqələri göstəricisidir”.

H.Həsənov dedi ki, oyunlar çərçivəsində azan viza sistemi tətbiq olunub. İslam Oyunları çərçivəsində isə bu sistem daha da sadələşdirilib: “Bu il Azərbaycanın islam ölkələri ilə diplomatik əlaqələrinin 25 illiyi qeyd olunur. Müstəqillik əldə etdkdən sonra ölkəmiz islam ənənələrinə sadiq qalaraq bir sıra addımlar atdı. Bu baxımdan bir sıra beynəlxalq təşkilatlara qoşuldu. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən ərəb ölkələri birmınalı olaraq Azərbaycana dəstək verdi. Bu da mövcud əlaqələri göstəricisidir”.

Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın milli maraqlarının təmin olunmasına xidmət edəcək.

Millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə dedi ki, İlham Əliyev ilklərə imza atmağı sevir. Onun sözlərinə görə, ilk dəfə Azərbaycanda keçirilən Avropa Oyunları zamanı yeni standartlar müəyyənləşdirildi. Bundan sonra ölkəmizdə multkulturalizm ili elan olundu: “Balaca bir Azərbaycanın böyük bir qəlb sahibi olması nümnunəsi dünyaya göstərildi. İk dəfədir ki, ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçirilir. Öz müstəqilliyinin yaşı 30-a çatmayıb, amma İslam dövlətini bir-birinə həmrəy olmağa çağırır. Eyni zamanda bunun relallaşdırılmasının əyani üsulu da var. İslam dövlətləri başçıları, liderləri bura gələcək və Azərbaycan körpüyə çevriləcək. Əlaqələr quruluiacaq, danışıqlar keçiriləcək. Azərbaycanın belə tədbir keçirməyə həm maddi imkanı, həm də mənəvi haqqı var”.

“Azərbaycanın buna həm maddi imkanı çatır, həm də mənəvi haqqı...” - Bakıda mühüm tədbir keçirildi (Fotolar)
“Azərbaycanın buna həm maddi imkanı çatır, həm də mənəvi haqqı...” - Bakıda mühüm tədbir keçirildi (Fotolar)
“Azərbaycanın buna həm maddi imkanı çatır, həm də mənəvi haqqı...” - Bakıda mühüm tədbir keçirildi (Fotolar)
“Azərbaycanın buna həm maddi imkanı çatır, həm də mənəvi haqqı...” - Bakıda mühüm tədbir keçirildi (Fotolar)
“Azərbaycanın buna həm maddi imkanı çatır, həm də mənəvi haqqı...” - Bakıda mühüm tədbir keçirildi (Fotolar)
“Azərbaycanın buna həm maddi imkanı çatır, həm də mənəvi haqqı...” - Bakıda mühüm tədbir keçirildi (Fotolar)

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR