SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Tərəflər eyni masa arxasında əyləşəcək - Tarixi görüş dünyada nəyi dəyişəcək?

20-04-2017, 10:45 | Oxunub: 6 374 |

Tərəflər eyni masa arxasında əyləşəcək - Tarixi görüş dünyada nəyi dəyişəcək?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında ABŞ prezidenti Donald Trampla görüşəcək.

Dövlət başçılarının görüşü NATO zirvə toplantısı öncəsi baş tutacaq.

Görüşdə müzakirə olunacaq məsələlərlə ilə bağlı açıqlama verən millət vəkili Elman Nəsirli bildirib ki, danışıqlar prosesində Ankara və Vaşinqtonun mövqeyinin üst-üstə düşəcəyni indidən proqnozlaşdırmaq mümkündür:

“Türkiyədə keçirilən referendumdan sonra cənab Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərin reallaşması bir çox məqam baxımından diqqəti cəlb edəndir. Bu səfər çərçivəsində dünyamızı narahat edən mürəkkəb məsələlərin müazakirə olunacağı istisna edilir. Xüsusilə də, Suriya böhranı və ondan çıxış yolları məsələsi diqqət mərkəzində saxlanılacaq. Suriya böhranının tənzimlənməsində ABŞ ilə Türkiyənin mövqeyi son zamanlar daha çox üst-üstə düşür. Xüsusilə də, ABŞ dövlət katibi Tillerson birmənali şəkildə bildirdi ki, Bəşər Əsədin dövrü artıq başa çatıb. Məsələyə belə yanaşma var ki, bu hadisə baş verərsə, Rusiyanın məğlubiyyəti kimi dəyərləndirilə bilər. Ona görə ki, ictimai fikri buna hazırlamaq üçün Rusiya tərəfinə vaxt verildi. Yəni, artıq Bəşər Əsədin hakimiyyətdə qalıb-qalmaması problemi yoxdur. Birmənalı şəkildə “getməlidir” fikri var. Bu məsələdə Türkiyənin əvvəldən mövqeyi belədir. Bəşər Əsədin hakimiyyəti qeyri-qanunidir, onun əli qana batıb və hakimiyyətdən getməlidir. Yeni ABŞ adminstrasiyasının qətiyyətli mövqeyi ilə Türkiyə prezidentinin mövqeyi üst-üstə düşür. Təbii ki, burada Rusiyanın məğrur davranışları da diqqətdə saxlanılacaq. Türkiyə elə hərəkət etməlidir ki, Rusiya ilə olan münasibətlərə xələl gəlməsin”.

Millət vəkili qeyd edib ki, Ermənistan-Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələnin görüş çərçivəsində müzakirə olunması gözlənilir:

“Danışıqlar prosesində terrorizmə qarşı mübarizə məsələlərinin diqqətdə saxlanılacağı gözlənilir. Çünki Türkiyə terrordan ziyan çəkən dövlətlərdən biridir. PKK terror təşkilatı 30 ildən çoxdur Türkiyəni hədəfə alıb. ABŞ bu məsələdə PKK-nı terror təşkilatı kimi tanıyıb. Lakin Suriya PKK qanadını terror təşkilatı kimi tanımır. Bu konteksdə, danışıqların aparılması mümkündür. Təbii ki, Beynəlxaq terrorizmə qarşı mübarizə konteksində Ermənistan-Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin də Türkiyə tərəfindən qaldırılması istisna deyil. Çünki hər iki dövlət ATƏT-in Minsk Qrupunun üzvüdür. Belə olan təqdirdə, Ermənistanın dövlət terrorizmi siyasətinin gündəmdə saxlanılacağı, Azərbaycan həqiqətlərinin Vaşinqtonda Birləşmiş Ştatlar rəhbərliyinə çatdırılmasını söyləmək olar. Çünki Türkiyə davranışı ilə dəfələrlə bunu təsdiqləyib. Beləliklə, Türkiyə prezidentinin ABŞ-a səfəri təhlükəsizlik məsələləri baxımından xüsusi çəkisi olan görüş olacaq”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR