SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Kasıb qızla varlı oğlanın film kimi hekayəsi - Bakıdakı toydan FOTOLAR

18-04-2017, 12:51 | Oxunub: 13 029 |

Kasıb qızla varlı oğlanın film kimi hekayəsi - Bakıdakı toydan FOTOLAR
Tanınmış şairə Nazilə Səfərli Novxanıdakı dəbdəbəli bağ evindən gəlin köçürüb.

Bu barədə mətbuata danışan N.Səfərli bildirib ki, xaricdə yaşayan azərbaycanlı xanımlardan biri xınayaxdı mərasimini məhz onun aparmasını istəyib:

“Bu günə kimi çox xınayaxdı mərasimlərini təşkil etmişəm. Vəzifəli insanların da, dövlətlilərin də, imkanı olmayanların da övladlarının həm toy, həm xına mərasimində aparıcılıq etmişəm, komandamla birgə şənlik təşkil etmişik. Amma belə maraqlısı olmamışdı. 1 ay öncə mənə Türkiyədən zəng gəldi. Dedi adım Güneldir, istəyirəm ki, xınamı siz edəsiniz. Dedi ki, uşaqlıqdan arzu etmişəm ki, xınamı məhz Nazilə xanım aparsın. Günel dedi ki, mən birinci dəfə Zaurun verilişinə çıxıb, xına yaxanda anasına deyib ki, xınasını məhz mən yaxacağam. Anası tibb bacısı işlədiyi üçün köks ötürüb, ürəyində bunun mümkünsüz olduğunu düşünüb. Əziyyətlə anası bu qızı böyüdüb. Bir gün qız xalası qızı ana olduğu üçün Türkiyəyə gedib, iş adamı olan bir oğlan qıza aşiq olub.

Qız açıq-saçıq geyinən olub, oğlan isə qatı dindar. Amma oğlan deyib alacağam səni. Yeni il gecəsi İstanbulda terror olan klubda bu qızla oğlan bayram keçiriblər. Özü də ki, qızın təkidi ilə həmin məkana gediblər. Atışmada hər ikisi vurulub, ancaq stolun altında gizlənə biliblər. Atışma bitdikdən sonra bunlar gizləndikləri yerdən çıxıblar və görüblər ətraflarında ölülər və ağır yaralılar... Qız oradaca qərarını verib, oğlana deyib mən sənə ərə gəlirəm və başımı da bağlayacağam. Sadəcə şərt qoyub ki, toyumu Azərbaycanda et və səhəri günü sənin ailənin yanına hicablı qayıdacağam. Və belə bu cütlük ürəyimə o qədər yatdı ki, xınayaxdı mərasimlərini də bağımda etdim, hələ mənə elə bahalı hədiyyələr gətirmişdilər ki, düşündüm ki, onlara toy mərasimlərinin açılışını da hədiyyə edim. Hətta qızı öz bağımdan gəlin köçürdüm. Ən maraqlısı səhəri gün o gəlinlikdən sonra qapanıb, ailəsi ilə halallaşıb və Türkiyəyə hicabda gedib. Təki bütün subaylar xoşbəxt olsun, biz də toylarında bax belə yüksək səviyyədə iştirak edək”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR