17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Türkiyə səfirliyinin yeni müşaviri Abel Məhərrəmovla qohumdur
Bu günlərdə Türkiyənin Azərbaycandakı səfirliyində mədəniyyət və turizm müşaviri vəzifəsinə təyinat alan İrfan Çiftçi Azərbaycan kökənlidir.
Emtv.az-ın modern.az-a istinadən məlumatına görə, Türkiyənin Qars şəhərində doğulan İrfan Çiftçinin babaları oraya vaxtilə Azərbaycandan köçüblər. Onun hətta Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovla qohum olduğu da bildirlir.
İ.Çiftçinin dostu, Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açıqlamasında türkiyəli müşavirin Azərbaycan kökənli olduğunu, onu A.Məhərrəmovla qohumluq tellərinin bağladığını təsdiqləyb. Bildirib ki, İrfan Çiftçi ilə Abel Məhərrəmovun babaları əmiuşağıdırlar.
İ.Çiftçinin uzun illərdir Azərbaycan ədəbi ictimaiyyəti ilə yaxından dost oluğunu vurğulayan R.Məcidun sözlərinə görə, mədəniyyət və turizm müşaviri iki ölkə arasındakı münasibətlərin inkişafına öz töhfəsini verib:
"Biz bu təyinatdan çox məmnunuq. İrfan Çiftçi ilə məni 30 illik dostluq birləşdirir. O, Azərbaycan mədəniyyətinin, türk mədəniyyətinin mükəmməl bilicisidir. Hələ İstanbulda çalışarkən mən onu Azərbaycanın əksər media rəhbəri ilə tanış etmişəm. Tam əminəm ki, İrfan bəyin Azərbaycanda çalışması böyük nəticələr verəcək".
Qeyd edək ki, İ.Çiftçi hələ 1996-cı ilin martında İstanbulda keçirilmiş Azərbaycan mədəniyyət günlərinin təşəbbüskarı və təskilatçısı, onlarla bu kimi tədbirlərin təşəbbüskarı olub. Türkiyənin hazırki prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulun bələdiyyə başqanı olduğu dönəmdə İrfan Çiftçi onun yanında mədəniyyət sahəsinə məsul şəxs olub.
Emtv.az