SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Türkiyədə dəyişən konstitusiya: yeni ümidlər və qorxular - ŞƏRH - VİDEO

17-04-2017, 11:30 | Oxunub: 8 485 |

Türkiyədə dəyişən konstitusiya: yeni ümidlər və qorxular - ŞƏRH - VİDEO
Türkiyədə konstitusiya islahatı üçün keçirilən referendum başa çatdı. Həmişə olduğu kimi, bu siyasi proses də Azərbaycanda və dünyada maraqla izləndi. Türkiyəni sevən və sevməyənlər referendumdan əvvəl və sonra müxtəlif münasibət bildirib və heç şübhəsiz bildirəcəklər.
Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti Türkiyəni sevir, onun güclü olmasını istəyir. Ona görə də nəticələrin bu baxımdan dəyərləndirilməsi daha düzgün sayılar.


Son referendumu da Türkiyənin güclü, demokratik olması baxımından dəyərləndiririk. Çünki güclü Türkiyə həm də güclü Azərbaycan deməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı təbrik edən ilk dövlət başçısı olması da bunun göstəricisidir.
Bundan başqa, güclü və demokratik Türkiyə həm də bölgədə demokratiyanın inkişafına, sabitliyə və təhlükəsizliyə yardım edə bilər.

Türkiyədə dəyişən konstitusiya: yeni ümidlər və qorxular - ŞƏRH - VİDEO
Beləliklə, referendumla bağlı bəzi statistik göstəricilərə nəzər salaq: Məlumata görə, səsvermədə 58 milyon 365 min 78 seçicidən 49 milyon 798 min 920 nəfər, yaxud seçicilərin 85 faizi bu iştirak edib. Seçicilərin 51,41 faizi dəyişikliklərə “Hə” (“Evet”), 48,59 faiz isə “Xeyr” (“Hayır”) deyib.
Böyük şəhər statusuna malik 17 bölgədə, o cümlədən Ankara, İstanbul, İzmir, Mersin, Adana və Antalya daxil olmaqla ölkənin 81 əyalətindən 33-də seçicilərin çoxu dəyişikliyə “yox” deyib
.

Başqa sözlə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) 2015-ci il noyabrın 1-də keçirilən parlament seçkilərində qələbə qazandığı bölgələrin 9-da referendumu uduzub. Həmin bölgələrdəki seçicilərin əksəriyyəti dəyişikliyə “yox” deyib.
Türkiyə Mərkəzi Seçki Komissiyasının Böyük Millət Məclisinə (TBMM) 26-cı çağırış seçkilərinin rəsmi nəticələrinə əsasən, həmin seçkidə də 56 milyon 949 min 9 seçicidən 48 milyon 537 min 695-i, yaxud seçicilərin ümumi sayının 85,23 faizi səsvermədə iştirak edib.
Məlumata görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 49,6 faizini (parlamentdə 317 yer), Cümhuriyyət Xalq Partiyası (CHP) 25,22 faizini (134 yer), Milliyyətçi Hərəkat Partiyası (MHP) 11,7 faizini (40 yer), Xalqların Demokratik Partiyası (HDP) 10,86 faizini (müstəqil deputatlarla birlikdə 59 yer) qazanıb.
Yeri gəlmişkən, həmin il iyunun 7-də parlamentə keçirilən seçkidə AKP 40,87 faiz (258 yer), CHP 24,95 faiz (132 yer), MHP 16,29 faiz (80 yer), HDP 13,12 faiz (80) səs toplamışdı. Koalisiya hökuməti qurulmadığından parlament buraxılmışdı.
Türkiyədə dəyişən konstitusiya: yeni ümidlər və qorxular - ŞƏRH - VİDEO
2014-cü il avqustun 10-da keçirilən prezident seçkisində indiki prezident Rəcəb Tayyib Ərdoğanın lehinə səsverən 6 əyalətin (Ankara, Artvin, Bilecik, Uşak, Zonguldak və Yalova) seçicilərinin çoxu referendumda dəyişikliyin əleyhinə olub.

Xatırladaq ki, həmin siyasi kampaniyada iştirak etmiş 41 milyon 026 min seçicinin 51,74 faizi AKP liderinə səs vermişdi.
1961-ci ildən sonra sonuncu da daxil olmaqla, Türkiyə tarixində konstitusiya dəyişikliyi ilə bağlı 7 dəfə referendum keçirilib. Seçicilər dəyişikliklərə 6 dəfə “hə”, birində isə “yox” deyiblər. Yalnız 1988-ci il sentyabrın 25-də keçirilən ümumxalq səsverməsində seçicilərin 65 faizi “xeyr”, 35 faizi isə “hə” demişdi. Bu referendum yerli seçkilərin bir il erkən keçirilməsi ilə bağlı keçirilmişdi.

Aprelin 16-da keçirilən referendum AKP-nin hakimiyyətdə olduğu dövrdə üçüncüdür. Birinci belə kampaniya 2007-ci il oktyabrın 21-də (prezidentin xalq səsverməsi yolu ilə seçilməsi), ikincisi 2010-cu il sentyabrın 12-də (26 maddəlik dəyişiklik, Avropa İttifaqına üzvlük üçün edilib) keçirilib.
Sonuncu ümumxalq səsverməsində isə konstitusiyaya 18 maddəlik dəyişiklik qəbul edilib. Bu referendumun nəticələrinə əsasən Türkiyə prezident idarəetmə sisteminə keçir.


2001-ci ildə o vaxtkı prezident Əhməd Necdət Sezər də konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı referendum keçirməyə cəhd göstərsə də, buna nail ola bilməmişdi.

Ərdoğan səsvermənin nəticələrini dəyərləndirərkən deyib: “Respublika tarixində ilk dəfə tamamilə sivil siyasət yolu ilə idarəetmə sistemini dəyişirik. Ona görə də bu çox-çox əhəmiyyətlidir”.
Türkiyədə dəyişən konstitusiya: yeni ümidlər və qorxular - ŞƏRH - VİDEO
Əsas müxalifət lideri - Cümhuriyyət Xalq Partiyasının sədir Kamal Kılıcdaroğlu referendumda baş verən hüquq pozuntularından danışmaqla yanaşı bildirib: “Millətin qərarına hörmət edirik, ancaq Yüksek Seçim Kurulu onun nəticələrinə kölgə düşürüb”.

Yüksek Seçim Kurulunun sədri Sadi Güvən bildirib ki, etirazlar araşdırıldıqdan sonra referendumun yekun nəticələri ən geci 11-12 gündən sonra açıqlanacaq.
Avropa İttifaqı Komissiyasının prezidenti Jan-Klod Yunker və qurumun xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali təmsilçisi Federika Mogerini, ittifaqın genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xan da referendumun nəticələri ilə bağlı açıqlama yayıb: “Konstitusiya dəyişiklikləri, xüsusilə onun praktiki həyata keçirilməsi Avropa İttifaqına üzvlüyə namizəd ölkə, eləcə də Avropa Şurasının üzvü kimi Türkiyənin öhdəliklərinə əməl etməsi baxımından qiymətləndiriləcək".

Beləliklə, Türkiyədə referendum keçirildi və yekun nəticələr də aprelin sonunadək açıqlanacaq.
Türkiyədə dəyişən konstitusiya: yeni ümidlər və qorxular - ŞƏRH - VİDEO
Bu siyasi kampaniya ölkə daxilində və bölgədə hökm sürən gərgin durumda keçirildi. Dağıdılan, dağınıq vəziyyətdə və bölünməkdə olan Suriya və İraqdakı hadisələrin oxşarının Türkiyədə təkrarlanmasına cəhdlər hələ başa çatmayıb. Başqa sözlə, referendum daxildəki Fətullahçı Terror Təşkilatına (FETÖ), terrorçu PKK qruplaşmasına və onun dəstəkçilərinə, İŞİD-çilərə qarşı mübarizə fonunda keçirildi.

Türkiyənin vəziyyəti belədir: ərazi bütövlüyü qorunmalı, ölkə əhalisinin təhlükəsizliyi təmin edilməli, demokratik islahatlar aparılmalı, sosial problemlər öz həllini tapmalı, iqtisadi inkişaf təmin edilməli, beynəlxalq koalisiyanın tərkibində terrorçulara qarşı mübarizə aparılmalı, ölkəyə sığınan 3 milyondan çox suriyalı qaçqına yardım edilməli, beynəlxalq təşkilatlar qarşısında götürülən öhdəliklərə əməl olunmalı, cəmiyyətin parçalanmasının qarşısı alınmalı, ölkədə həmrəylik qorunmalı, qonşu dövlətlərin yerli-yersiz iddialarına cavab verilməli, beynəlxalq neft və təbii qaz, nəqliyyat layihələrinin təhlükəsizliyi təmin edilməli, beynəlxaq arenada ölkənin hədəfləri həyata keçirilməli və s.

Sadaladıqlarımızdan da göründüyü kimi, bölgədə lider, dünyanın siyasi səhnəsində isə özünə uyğun qabaqcıl yer almaq istəyən Türkiyənin qarşısında az məsələ durmur. Bütün bunların isə demokratik yolla seçilən bir hakimiyyət tərəfindən həyata keçəcəyi vurğulanır.
Heç şübhəsiz, bütün belə siyasi kampaniyalar ölkədə demokratiyanın inkişafına xidmət edir. Türkiyə silahsız, hərbi çevrilişsiz də islahatlar aparmağın mümkünlüyünü dostlarına və düşmənlərinə göstərir.

Referendum ölkə ictimaiyyətinin öz dövlətinin taleyinə laqeyd olmadığını da sübut etdi.
Bununla belə, perspektivdə Türkiyəyə təzyiq və təhdidlərin artacağı da istisna olunmur. Referendumdan öncə rəsmi Ankaraya belə basqılar edildi. Ancaq həmin qüvvələrin referendumun başa çatmasını gözlədikləri də istisna edilmir.

Nəhayət, referendumdan sonra Türkiyədə ehtiyat edilən başlıca üç məsələ var: ölkənin unitarlığının pozulması, şəxsiyyətə pərəstişliyin yaranması və diktatrura rejiminin formalaşması.

Bütün bunların fonunda isə hələlik ölkə tarixində keçirilən referendumların yekun nəticəsi belədir - 6:1 “Evet”in xeyrinə.



Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR