18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Gəncə univermağının sahibi beynəlxalq axtarışa verildi – FOTO
Gəncə şəhərindəki mərkəzi univermağın sahibi Məzahir Bədirbəyli beynəlxalq axtarışa verilib. Emtv.az lent.az-a istinadən xəbər verir ki, onun barəsində dövlətlərarası axtarış elan edilib.
M.Bədirbəyli xuliqanlıq (silah və ya silah qismindəki əşya ilə törədildikdə) maddəsi ilə təqsirli bilinir və məhkəmə ölkədən qaçdığı üçün onun barəsində İnterpol xətti ilə axtarış elan edib. Onun Azərbaycan dili ilə yanaşı rus dilini bildiyi qeyd edilib. Həmçinin iş adamının digər xarakterik əlamətləri barəsində açılmış bülletenə daxil edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi M.Bədirbəylini ölkədaxili axtarışa verib və onun dövlət sərhədlərindən kənarda olması dəqiqləşdikdən sonra İnterpol-a müraciət edilib.
Onu da qeyd edək ki, M.Bədirbəyli 1963-cü ildə Gəncədə anadan olub. Bir müddət Rusiyada fəaliyyət göstərən iş adamı daha sonra Gəncəyə gələrək univermağı özəlləşdirib. Azərbaycandan çıxdıqdan sonra onun yerinə yaxın qohumu ticarət mərkəzinə rəhbərlik edir.
Emtv.az