SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Vizasız gedə biləcəyimiz Avropa ölkələri – QİYMƏTLƏR

11-04-2017, 10:47 | Oxunub: 8 081 |

Vizasız gedə biləcəyimiz Avropa ölkələri – QİYMƏTLƏR
Yəqinki çox az adam bilir ki, Avropada elə ölkələr var ki, Azərbaycan vətəndaşları həmin ölkələrə vizasız gedə bilərlər. Həmçinin bu ölkələr turizm xidmətlərinin ucuzluğu ilə də seçilir. Ölkə vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr isə Makedoniya, Albaniya, Monteneqro və Bosniya Hersoqavinyadır. Qeyd edək ki, bu ölkələr keçmiş Yuqaslaviyanın parçalanmasından sonra yaranıb. Məlumat üçün bildirək ki, Azərbaycan vətəndaşları Monteneqroya yalnız yay aylarında vizasız səfər edə bilərlər.

Turizm fins.az azərbaycanlıların Avropada vizasız gedə biləcəkləri ölkələrə səyahət qiymətlərini təqdim edib.

Makedoniya
Paytaxt Skopyeyə səfər zamanı şəhərin müasir tikililəri ilə yanaşı tarixi yerlər ilə də tanış olmaq olar. Belə ki, paytaxt Skopyedə Makedoniya meydanı, daş körpü, döyüşçü abidəsi, saat qülləsi “Saat Kula”da tamaşa etmək mümkündür. Bundan başqa Skope qalası və qadim Çarşiya bazarına da tamaşa etmək mümkündür. Qeyd edək ki, Makedoniyaya Bakıdan bir başa uçuş olmadığından Türk Hava Yolları ilə fasiləli uçuşla biletə 410 manatdan başlayan qiymətlərlər uçmaq olar. Skopyeyə gediş-gəliş aviabileti 800 manatdan bir qədər baha başa gələcək.


Skopyedə qonaqlamaya gəlincə isə Makedoniya paytaxtında 4 ulduzlu hotellərdə qonaqlama 110-120 manatdan başlayır. Qiymətlərə səhər yeməyi də daxildir. 2-1 ulduzlu və ya ulduzsuz hotellərdə qiymətlər bir qədər də ucuz olur. Adətən belə mehmanxanalarda nömrədə qonaqlama qiymətləri 80-90- manata və ya bir qədər də ucuz olur.

Skopyedə ki hostellərə gəlincə isə paytaxtın mərkəız küçələrində yerləşən bir neçə otaqlı hostellərdə 18-53 manat ödəməklə gecələmək mümkündür. Məlumat üçün bildirək ki,əgər turizm şirkəti ilə adı çəkilən ölkəyə 3 gecə 4 günlük tur paket sifariş etsəz bu zaman 1 nəfər üçün 671 dollar ödəmək lazım olacaq.

Bosniya və Hersaqavinya
Saraevo şəhərinə səfər etmək üçün THY-dan bilet almaqla səfər edə bilərsiz. Bir nəfərin iyun ayında Saraevo gedib-gəlməsi üçün 921 manat ödəmək lazım olacaq.

Saraevo şəhəri qərblə şərqin qovuşduğu şəhərlərdəndi. Belə ki, şəhərin şərq hissəsi Osmanlı imperiyası zamanı tikilmiş tikililətlə zəngindir. Şəhərin qərb hissəsi isə Avstriya-Macarıstan imperiyası vaxtı tikilən tarixi tikililərlə zəngindir.

Bosniya və Hersoqaviniya paytaxtında qonaqlamaya gəlincə isə 4 ulduzlu hotellərdə 100-144 manata səhəy yeməyi daxil qonaqlamaq olar. Hostellərdə isə 10 manatdan başlayan qiymətlərlə hosteldə gecələmək mümkündür.

Saraevoda restoranlara gəlincə isə 13 manat ödəməklə nahar etmək mümükündür. Bu qiymətə borş +göbələkli pasta və çay sifariş etmək mümkündür. 5 manat ödəməklə isə yerli sup növlərindən sifariş etmək olar. Qeyd edək ki, adları sadalanan ölkələr qonşu ölkələr olduğundan xərclər demək olar ki, ölkələrin hamısında eynidir.

Albaniya
Tirana şəhərinə də səfər THY –dan bilet alaraq səfər etmək mümkündür. Belə ki, bu zaman aralarında bir həftəlik fərq olan gediş -gəliş bileti üçün 934 manat ödəmək lazım olacaq.

Tiranada çoxlu sayda parklar var. Bundan başqa şəhərdə tarixi abidələrə də baş çəkmək olar. Belə ki, şəhərdə Zəngli saray, Kafedral sarayı və Süleyman Paşaya həsr olunmuş abidə var.

Məlumat üçün bildirək ki əgər turizm şirkətlərinin birinin xidmətlərindən yararlanmaq qərarına gəlsəz 718 dollar ödəməklə Albaniyada 3 gecə 4 gün istirahət etmək olar.

Tiranada 3 ulduzlu hotellərdə 50-60 manat ödəməklə qonaqlmaq olar. Hostellərdə isə 13 manat ödəməklə qalmaq olar.

Tirana restoranlarında adambaşına 10 manat ödəməklə iki cür yemək sifariş etmək olar. Şəhər ictimai nəqliyyatından isə 0.44 manat ödəməklə bir istiqamətdən digərinə getmək mümkündür.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR