SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“5-6 min pul alıb universitetə işə götürürlər” — Jurnalist nazirə müraciət etdi

10-04-2017, 11:29 | Oxunub: 8 580 |

“5-6 min pul alıb universitetə işə götürürlər” — Jurnalist nazirə müraciət etdi
Şərq Qəzetinin redaktoru Ayyət Əhməd təhsil naziri Mikayıl Cabbarova müraciət edib.
Müraciətində jurnalist elm yolunda irəliləməsinə yaradılan əngəllərdən, pedaqoji fəaliyyətini davam etdirmək üçün şərait yaradılmamasından, məsələlərin rüşvət üzərindən həll edilməyə çalışıldığına diqqət çəkib.


Emtv.az jurnalistin nazirə müraciətini olduğu kimi təqdim edir:
“Elmi yolum magistratura pilləsi ilə sona çatdı… Heç bir ali təhsil müəssisəsi, konkret olaraq Azərbaycan Dillər Universiteti, Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Univesiteti və İdman Akademiyası üzümə qapı açmadılar. Halbuki, dəfələrlə Səməd Seyidovun dövründə onun, eyni zamanda xələflərinin, APİ və İdman Akademiyası rektorlarının qəbulunda olmuşam. Dil səviyyəmi ekspertlərinə yoxlatdırdılar və gözümün qabağında da müsbət rəy verildi. “Gedin sənədlərinizi Kadrlar Şöbəsinə təqdim edin, növbəti dərs ilində dəvət edəcəklər” deyərək məni sevincli halda yola saldılar. Ancaq hələ də gözləyirəm. Sonradan dəfələrlə həmin ali təhsil müəssəsinə baş çəksəm də “Yer yoxdur, dərs saatı yoxdur, ştat yoxdur” deyib əli boş geri göndərdilər.

Amma başımın üstündən 5-6 min pulunu alıb, fransız dilində cümlə qura bilməyənləri universitetə cəlb ediblər. Axı elm yolunu və ya illərimi sərf edib, öyrəndiyim bir dili tətbiq edib, daha da inkişaf etdirmək üçün bundan başqa nə etməliyəm? 2 ildir magistiraturanı bitirmişəm. Baxıram ki, fransız dilimi itirirəm. Hər ötən gün bir amil, detal passiv beynə keçir.

Cənab nazir, Sizə müraciət edirəm.
Hörmətli nazir, mən şam işığında oxuyub, bir qəpik belə olsun rüşvət vermədən magistratura pilləsini qazanmış və ixtisasına mükəmməl şəkildə yiyələnmiş bir gənc iş tapa bilmirsə, gənclərin qarşısnda bu cür maneələr varsa, gənclər elmə necə və hansı yolla gələ bilər? Mövcud durum elm yolunu davam etdirmək istəyən gəncləri rüşvətə məcbur etməkdədir”.


Jurnalist Ayyət Əhməd həmçinin bu məsələ ilə bağlı ölkənin Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevaya məktubla müraciət edəcəyini də qeyd edib.
O, həmçinin elmi fəaliyyət göstərmək istəyində qətiyyətli olduğunu bildirib və buna maneə olaraq rüşvət verməməsini səbəb göstərib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR