SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda 3 mindən çox işsiz vətəndaş işlə təmin olunub

6-02-2017, 14:06 | Oxunub: 9 973 |

Naxçıvanda 3 mindən çox işsiz vətəndaş işlə təmin olunub
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı tədbirlər çərçivəsində bu günədək Naxçıvanda 3 mindən çox işsiz vətəndaş işlə təmin olunub.

Emtv.az Azərtaca istinadən xəbər verir k, muxtar respublikada 2842 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 27 nəfər kvota yerlərinə, 366 nəfər müvəqqəti və mövsümi işlərə göndərilib, 277 nəfər haqqıödənilən ictimai işə cəlb olunub.

Muxtar respublikanın Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Elmar Eyvazov qeyd edib ki, işlə təmin edilənlərdən 111-i məhdud fiziki imkanlı şəxs, 8-i cəzaçəkmə müəssəsindən azad edilən, 33-ü hərbi xidmətdən yeni tərxis olunan, 105-i isə aztəminatlı ailələrin əmək qabiliyyətli üzvləridir.

Əmək bazarının tələbinə müvafiq olaraq işaxtaranların peşə hazırlığının təşkili üzrə də işlər davam etdirilib. Naxçıvan Regional Peşə Tədris Mərkəzində, ümumilikdə, 413 nəfərin cəlb edildiyi 22 peşə kursu və 93 nəfərin cəlb edildiyi 6 ixtisasartırma kursu təşkil olunub. Məhdud fiziki imkanlıların da məşğulluğunun təmin olunmasına diqqət artıb.

Elmar Eyvazov bildirib ki, məhdud fiziki imkanlı 23 şəxs tərəfindən toxunan 3 min cüt yun corab və 700 yun şarf hərbi hissələrə təhvil verilib. “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosialyönümlü haqqı ödənilən ictimai işə 11 nəfər xalça toxuyan evdar qadın cəlb edilib. Onlar tərəfindən toxunan xalçalar təhvil alınıb, Heydər Əliyev Sarayında təşkil olunan sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışda nümayiş etdirilib. Fərdi təsərrüfatlarını inkişaf etdirmək üçün 2 aztəminatlı ailəyə kömək göstərilib.

Qeyd edək ki, əhalinin məşğulluq imkanlarının artması, həmçinin aztəminatlı ailələrin əmək qabiliyyətli üzvünün münasib işlə təmin olunması nəticəsində ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı əvvəlki illərlə müqayisədə azalıb. Məşğulluq xidməti orqanlarında vətəndaşlara işsizlik statusunun və işsizlik müavinətinin verilməsi halı qeydə alınmayıb.

Emtv.az
Naxçıvanda 3 mindən çox işsiz vətəndaş işlə təmin olunub

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR