SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Prezidentin 5 min dollarlıq libas geyinən qızına: "Atanız ölkəni dağıdır, siz isə..."

30-01-2017, 12:45 | Oxunub: 8 843 |

Prezidentin 5 min dollarlıq libas geyinən qızına: "Atanız ölkəni dağıdır, siz isə..."
ABŞ prezidenti Donald Tramp ABŞ-a daxil olan qaçqınların qarşısını kəsmək üçün sərt fərmanlar imzalayıb.

Emtv.azın xarici KİV-ə istinadən məlumatına görə, Tramp məhz bu səbəbdən tənqid olunur və ölkənin müxtəlif yerlərində ona qarşı aksiyalar keçirilir. Bu dəfə isə Donaldın qızı İvanka etiraza səbəb olub. O, əri ilə qatıldığı bir qala gecədən foto paylaşınca çoxlu şərhlər yazılıb.

Onlar "Minlərlə ailə atanıza görə parçalanıb. Ancaq gözəl libasdır. Sizə yaxşı əyləncələr", "Ölkəmizin təmsil etdiyi dəyərlərə xəyanət edildiyi anda Trampın qızının gecəsinin əyləncəli keçməsinə sevinirik", "Atanız insanların həyatını məhv edir, siz isə dəbdəbəli həyatınıza davam edirsiniz", "Amerika atandan öncə daha yaxşı idi. O, ölkəni dağıdır" kimi fikirlər bildiriblər.

İvankanın əynindəki libasın 5 min dollar qiyməti olduğu deyilir.

Qeyd edək ki, Trampın immiqrantlara, xüsusilə müsəlman qaçqınlara qarşı gördüyü tədbirlərə görə, son günlər minlərlə insan viza və "yaşıl kart"ının olmasına baxmayaraq ABŞ-a daxil ola bilmir. Onların qohumları hava limanlarına axın ediblər.

Emtv.az
Prezidentin 5 min dollarlıq libas geyinən qızına: "Atanız ölkəni dağıdır, siz isə..."

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR