SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Prezidentdən maşınqayırma “xəritəsi”: hansı nazirlər “Naz”a naz edir? - Siyahı

21-12-2016, 15:32 | Oxunub: 7 891 |

Prezidentdən maşınqayırma “xəritəsi”: hansı nazirlər “Naz”a naz edir? - Siyahı

Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, sənəd Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilib.

Yol Xəritəsində Azərbaycanda ağır sənaye və maşınqayırma sahəsində strateji hədəflər müəyyən edilib.

2020-ci ilədək nəzərdə tutulan hədəflərə nail olunması nəticəsində Azərbaycanda real ÜDM-in 1 milyard 560 milyon manatadək artacağı, 7700 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.

Bu mühüm islahat təbii ki, maşınqayırmanın inkişafına ciddi dəstək verə bilər. Amma Azərbaycanda bəzi nazir və məmurlar bu sahənin tərəqqisini tormozlayır.

Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvanda istehsal edilən “Naz Lifan” maşınları ilə bağlı verdiyi açıqlama hələ də yaddan çıxmayıb

“Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir”, - deyən prezidentin çağırışına bəzi məmurların qulaq asdığı deyilir. O zaman bəzi icra başçıları və nazirlər bu tapşırığa uyğun hərəkət etdilər. Emtv.az daha sonra politika.azın xəbərinə istinadən bildirir ki, bir çox məmurlar bu göstərişə əməl etmədi. Ona görə də bu gün zavodun işi zəifləyib.

“Təəssüflər olsun ki, hələ istehsal edilən 270 avtomobilin təxminən 60 faizini realizə edə bilmişik. Qalan 40 faizi satılmayıb”. Bu sözləri Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev deyib.

Onun sözlərinə görə, hər şey nəzərdə tutulduğu kimi olmayıb: "Əslində biz hər şeyi başqa cür planlaşdırmışdıq. Ancaq bizdən asılı olmayan səbəblər ucbatından hadisələr başqa cür cərəyan elədi”.

Bildirək ki, nəqliyyat naziri Ziya Məmmədov, təhsil naziri Mikayıl Cabbarov, səhiyyə naziri Oqtay Şirəliyev, vergilər naziri Fazil Məmmədov “Naz Lifan” almaq tapşırıığına əməl etməyiblər.

Habelə, iqtisadiyyat naziri Şahin Mustafayev, Patent Komitəsinin sədri Ramiz Həsənov, əksər icra hakimləri, ASC sədrləri “Naz”a naz ediblər.

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi “Naz Lifan” markalı avtomobillərin qiyməti 14-22 min arasında dəyişir. Hazırda bu zavod ildə 4 min 500 avtomobil istehsalı etmək gücünə malikdir. Sifariş artacağı təqdirdə avtomobil istehsalı da artırıla bilər.

Artıq bu zavodda 9 müxtəlif komplektasiya avtmobillər təqdim olunur. Avtomobillərin motor gücü 1.3 həcmdən başlayraq 2.4 qədər dəyişir. Avtomobillər texniki xidmət göstərilir, ehtiyat hissələrilə də təchiz edilir. Zavod yaxın vaxtlarda ikinövbəli iş rejiminə keçməyi planlaşdırır.

“Biz dövlət tərəfindən sifarişlərin olacağını gözləyirik. Hazırda bu sifarişləri qəbul etməyə hazırıq. Bu gün xidməti avtomobillər - 720 və 820 modellərinin sifarşçiyə təminatlı bir şəkildə çatdırmağa hazırıq”, - deyə “Naz Lifan”ın baş mühəndisi Rəhim İsmayılov bildirib.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR