SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Lerikdə at oynadan Baba Əli Ağayev kimdir?

19-12-2016, 14:24 | Oxunub: 9 049 |

Lerikdə at oynadan Baba Əli Ağayev kimdir?

Lerik rayon Divağaş kənd sakinləri Nuriyev Eynulla,Nuriyev Habil, Xanahmədov Ramiz, Xanahmadov İlkin, Ağayev Firudin yerli mətbuata şikayət məktubu ilə müraciət ediblər

Məktub müəllifləri yazırlar: “Şikayətimiz qoyun dərisi geymiş canavar sovet hökuməti dövründə pasportunda Ağayev Babali Məmiş oğlu olsa da Azərbaycan müstəqillik qazandıqdan sonra isə şəxsiyət vəsiqəsində Ağayev Babə Əli Məmiş oğlu yazılan şəxsdəndir. Bu saxtakar Lerik rayonunda 1969 - 80 - ci illərdə rayonumuzun 1-ci katibi, 1991-92 ci ildə İH-nin başçısı işləmişdir. İşlədiyi dövrlərdə onun işi əhalinin qanını sovurmaq olub, rüşvətxorluğuna və saxtakarlığına görə Heydər Əliyev onu partiya sıralarından xaric etmişdir, ona cinayət işi açdırmışdır.

H. Əliyev Azərbaycan Respblikasının Prezdenti seçildikdən sonra B.Ağayev hardasa gizlənirdi. H.Əliyev rəmətə getdikdən sonra Babə Əli kimi respublikada peyda oldu. Divağaş kəndi ilə yanaşı Zərinqala kəndi olub. M.Bağırov 1953 - ci ildə bu kəndləri köçürmüşdür. Bu kəndlərin əhalisi Biləsuvar rayonunda Binə qəsəbəsində məskunlaşmışdılar. 1957-58 ci illərdə Divağaş kəndinin əhalisinin bir qismi kəndə qayıtdılar. Zərinqala kəndinin əhalisindən heç kim qayıtmadı, bu kəndin torpaqları da əvvəlki illər kimi kolxozun əkin sahələri idi.

Bildiririk ki, 1954 - cü ildən hal hazıra kimi Zərinqala adlanan kəndi rayonumuzun ərazi vahidində mövcüd olmayıb, bu torpaq sahəsində bir ev də mövcüd olmayıb. 1999 - cu ildə islahat zamanı əmlak payı torpaqlar Dövlət aktına əsasən bizə verdilər. 2014 – ci ildə Babə Əli Qosmaliyan kənd icra nümayəndəliyinin Qosmaliyan kəndinin pasport qeydiyyatına durdu, 2015 - ci ildə nümayəndəliyin Divağaş kəndinin pasport qeydiyyatına durub. İkinci dəfə rayonumuzda işlədiyi dövrdə vəzifəsindən istifadə edərək Lerik rayon XDS icraiyyə komitəsinin 1992 - ci il tarixli qərarı ilə güya ona 0,12 hektar torpaq verilib şəxsi ev tikmək üçün.

Amma biz bunu araşdırdıq, bəlli oldu ki, o dövrdə sovozun qərarı olmayıb. İslahat zamanı da bu torpaq sahəsi bu ərazidə nəzərdə tutulmayıb. Saxtakarlıqla bu sənədi hardan ələ alıb bilmirik. Axı B.Ağayev pasport qeydiyyatında bu ərazidə olmayıb.

2014 - cü ildə Zərinqala adlanan sahədə Nuriyev Eynulla Səyadulla oğlunun əmlak payı topağında şəxsi ev tikib. B.Ağayevin ikinci saxtakarlığı özü və üç qohumu kəndin pasport qeydiyatında olmadığı halda burda yaşamasıdır. Binə qəsəbəsində yaşayan qohumlarından iki nəfəri 10-12 ildir vəfat ediblər. B.Ağayevdə iki şəxsiyyət vəsiqəsi var, bir səxsiyyət vəsiqəsində kəndin qeydiyyatındadır, biri də Bakı şəhəri Nərimanov rayon qeydiyyatındadır, əmlak payı barədə saxta dövlət aktı əldə edib, bu aktlarda onlara 4 nəfərə çatası torpaq 0,60-0,70 hektardır.

İslahat haqqında qanunda göstərilir ki, əmlak payı torpaq son 5 ildə o ərazidə pasport qeydiyyatında olan vətəndaşlara verilir. B.Ağayev və onun qohumları pasport qeydiyyatında olmayb. B.Ağayev 2014 - cü ildə Zərinqala adlanan sahədə bizə və digər vətəndaşlara çatası əmlak payı 7 hektar torpağı dəmir setkaya salaraq zəbt etmisdir. Bizə də bildirdi ki, bu torpaqlar mənim ata - baba torpağımdır, sizi tutduraram. əə

Uzun müddət Lerik polisinə bizdən haqsız şikayətlər etdi, biz də Prezdentə, baş prokurura, Lerik rayon İH-nə ərizə ilə müraciət etdik. Lerik rayon İH-nin başçısı müavinləri dəfələrlə B. Ağayevi icra hakimyyətinə dəvət edib qanunu ona bildirib zəbt etdiyi torpaqlardan çəpərlərin sökülməsini tələb etdilər, amma o buna əməl etmədi.

2015 - ci ilin noyabr ayında B.Ağayev iddia ərizəsi ilə Lerik məhkəməsinə müraciət edərək bildirmişdir ki, biz onun torpaqlarını zəbt etmişik, buna görə də bizdən təzminat istəmişdir. Biz də qarşılıqlı iddia ərizəsi ilə məkəməyə müraciət etdik, məhkəmə 04.12.2015 ci ildə sənədlərimizi Ədliyyə Nazirliyinin məhkəmə ekspertizasına göndərdi, 2 aydan sonra ekspertizanın nümayəndəsi ilə Lənkəran 10 saylı regional kadastr idarəsinin 2 mütəxəssisi, Lerik rayon İH-nin 2 mütəxəssisi, Ərazi icra nümayəndəsi, Ərazinin Bələdiyyəsi əraziyə gəlib zəbt olunmuş torpaqda kadastr vuraraq bizə aid olan torpaqları ölçüb akt tərtib edib bizə verdilər. Komissiya müəyən etdi ki, B.Ağayevin 2014 - cü ildə tikdiyi ev əmlak payı torpağında tikilib. B.Ağayevi komissiyaya əraziyə dəvət etdi,amma o gəlmədi.

30.03.2016 ci il tarixdə B.Ağayev əmlak payı torpağımıza traktor salaraq 0,15 hektar torpağını yararsız hala salıb 2-ci ev tikmək məqsədi ilə. 31.03.2016 - cı il tarixdə mənim əmlak payı torpaqında olan bağban evimi sökmüşdür, bununla əlaqədar Lerik rayon İH-nin mütəxəssisləri və kənd icra nümayəndəsi, kənd bələdiyyəsininin iştirakı ilə akt tərtib edərək Lerik Məhkəməsinə verdik. 20.04.2016 ci il tarixdə məhkəmə olmalı idi, amma B.Ağayev məkəməyə gəmədi deyə məhkəmə olmadı. 03.05.2016 ci il tarixdə məhkəmə oldu

Lənkəran 10 saylı regional kadastr idarəsinin mütəxəssisi bildirdi ki, yerə köçürmə kartasına əsasən B. Ağayev vətəndaşlara məxsus olan torpaqları zəbt etmişdir. Lerik məhkəməsi ekspert rəyi almaqdan ötrü sənədləri 09.2016 ci il tarixdə ekspert mərkəzinə göndərib. Xanahmadov Ramizə məxsus olan torpağın ekspert rəyi məhkəməyə gəlib. Rəydə bildirilir ki, B.Ağayev Ramizə məxsus olan 0,86 hektar torpağı zəbt edib, buna görə də 1338 manat ziyan hesablayıb. 08.12.2016 - cı il tarixdən məhkəmə olmalı idi. B.Ağayev məhkəməyə gəlmədiyinə görə məhkəməni 15.12.2016 ci il tarixə saxladılar.

Nuriyev Eynullaya məxsus olan 1,47 hektar torpağın zəbtinə görə ekspert rəyi 3 aydan artıqdır gözləyirik, indiyə kimi gəlməyib. Ekspertiza haqqında qanunda yazılıb ki, rəy bir ay müddətində verilməlidir. Ədliyyə Nazirliyinə şikayətlərimiz çox olub, amma nəticə yoxdur. Görünür B.Ağayev əvvəlki illərdə əhalidən sovurduğu qandan az da olsa ekspertiza mərkəzinin işçilərinə, eləcə də Lerik məhkəməsinə verib ki, bu işlər gecikir. B.Ağayev iyrənc işlərindən əl cəkmir.

2015-2016 - cı illərdə fəhlə gətirib işlədirdi, onların pullarını vermirdi, fəhlə ondan tələb edəndə 102 - yə zəng vurub onlara böhtanlar deyirdi. Bizdən də polisə dəfələrlə şikayətlər verib bizi susdurmaq istəyib. Yoxlama olub, ittihamları sübut olunmadığına görə polis onu məhkəməyə böhtançı kimi verərək 100 manat cərimə etmişdir. Bu faktlar barədə Lerik Prokurorluğundan, Polisindən öyrənə bilərsiniz.

Hörmətli redaksiya, çörəyimiz bu torpaqdan çıxır, hökümətdən maaş almırıq, yazdıqlarimıza tam məsuliyyətlə cavabdehik, odur ki, sizdən xahiş edirik yazdıqlarımızı dərc edəsiniz, qoy bütün Azərbaycan bilsin qoyun dərisi geymiş canavar necə olur”.

P.S. Yazıda adları çəkilən hər kəsin və hər bir qurumun mövqeyini verməyə hazırıq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR