SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Həmsədrlər yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşə bilərlər

13-12-2016, 14:38 | Oxunub: 9 720 |

Həmsədrlər yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşə bilərlər
ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşə bilər.

Emtv.az apa-nın “Moskva-Baku” portalına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın ATƏT-də rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

Lukaşeviç xatırladıb ki, Hamburqda "2+3" formatında görüş baş tutmayıb.

Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsində Dağlıq Qarabağa dair həmsədr ölkələrin bəyanata münasibət bildirən Lukaşeviç bəyanatın məzmunca mənalı olduğunu, danışıqlar prosesinin baza prinsipləri əks etdirdiyi söyləyib.

Lukaşeviçin qənaətinə görə, bəyanatda siyasi proses çərçivəsində müzakirə olunan yeni heç nə yoxdur. O, həmçinin Hamburqda "2+3" formatında görüşün baş tutmamasına görə Minsk qrupunun ünvanına səslənən iradlara da cavab verib.

“Fikrimcə, 2016-cı il göstərdi ki, Minsk qrupu münaqişənin əsas problemləri üzrə ümumi məxrəc istiqamətinə yönəlmək baxımından effektiv mexanizmdir. Dağlıq Qarabağ münaqişəsinin siyasi nizamlanması prosesinin irəli aparılması üçün çətin məsələləri həll etməyə yardım edən həmsədr ölkələrin prezidentləri və xarici işlər nazirlərinin həyata keçirdiyi tədbirləri nəzərdə tuturam. Baxmayaraq ki, ATƏT çərçivəsində bəzən Rusiya, ABŞ və Fransanın mövqeləri tam əksinə olur, Minsk qrupu çərçivəsində həmsədr ölkələr həmrəy hərəkət edir. vasitəçilər "qızıl orta"nı tapıblar və bir-birini gözəl anlayırlar”, - deyə Lukaşeviç bildirib.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR