SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Eldar Namazov sabiq nazirlə əlaqəsindən danışdı - "Nə görüşürük, nə də telefon əlaqələrimiz olur"

28-11-2016, 15:33 | Oxunub: 8 003 |

Eldar Namazov sabiq nazirlə əlaqəsindən danışdı - "Nə görüşürük, nə də telefon əlaqələrimiz olur"

Vəfa Quluzadə, Eldar Namazov və Tofiq Zülfüqarov… Azərbaycan cəmiyyəti bu 3 şəxsi 1999-cu ildə tutduqları mühüm dövlət postlarından eyni vaxtda istefa vermələri ilə yadda saxlayır

Vəfa Quluzadə rəhmətə gedəndən sonra Eldar Namazovla Tofiq Zülfüqarov görüşürmü?

Emtv.az xəbər verir ki, modern.az saytı Tofiq Zülfüqarovla Eldar Namazovun bugünkü əlaqələrinin hansı formada olmasına aydınlıq gətirib.

Prezidentin sabiq köməkçisi, politoloq Eldar Namazov açıqlamasında heç bir əlaqənin olmadığını söyləyib:

"Tofiq Zülfüqarovla heç bir əlaqəm yoxdur. Nə görüşürük, nə də telefon əlaqələrimiz olur. Mən ölkənin daxilində ictimai-siyasi fəaliyyətlə məşğulam”.

Vaxtilə iqtidar komandasının üzvlərindən olmuş Eldar Namazov Tofiq Zülfüqarovla istefadan sonrakı əlaqələrə də toxunub:

"Bizə həvalə olunan sahələr də çox yaxın idi. Mən prezidentin köməkçisi kimi, Vəfa müəllim dövlət müşaviri kimi, Tofiq müəllim isə xarici işlər naziri kimi həm xarici siyasətlə, həm də Qarabağ məsələsi ilə də məşğul olurduq. Ona görə də biz işimizlə əlaqədar tez-tez görüşürdük.

İnsani münasibətlərimiz də çox yaxşı idi. İstefalarımız da eyni vaxtda baş verdi. Tofiq müəllim, 1999-cu ildən sonra xaricdəki diplomatik korpusda çalışırdı. Xarici ölkələrdə fəaliyyət göstərirdi. Ona görə də Tofiq müəllimlə yalnız vaxtaşırı xeyir-şər məsələləri zamanı telefon əlaqələrimiz olurdu. Hansısa başqa görüş və müzakirələrimiz olmayıb”.

Eldar Namazov Vəfa Quluzadənin vəfatından əvvəl baş tutmayan görüşdən də söz açıb:

"Allah Vəfa Quluzadəyə rəhmət eləsin. İstefa verəndən sonra onunla çox sıx təmaslarımız var idi. Dünyasını dəyişməzdən bir həftə əvvəl, Vəfa müəllimlə telefon vasitəsilə əlaqə saxlamışdıq.

Bir-iki gün qabaq isə zəng edib şəhərə çıxmağımızı istədi. Sonra mən zəng edib havanın bərk soyuq və yağışlı olduğunu, növbəti gündə görüşməyimizi söylədim. Təəssüflər olsun ki, bir neçə gündən sonra Vəfa müəllim dünyasını dəyişdi”.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR