SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Həkimlərin növbəti fırıldağı uşaq qidaları üçün təhlükə saçır

8-10-2016, 13:14 | Oxunub: 10 501 |

Həkimlərin növbəti fırıldağı uşaq qidaları üçün təhlükə saçır“Azərbaycanda pediatrların qida şirkətləri ilə işbirliyi var. Bəzi həkimlər bu səbəbdən körpələrə ana südü əvəzinə, süni qidaları məsləhət görür. Nəticədə,sünü qida ilə qidalanan körpələrin sayı getdikcə artır”.
Emtv.az xəbər verir ki, Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycanda bu sahədə ciddi problemlər olduğunu söyləyib. “Körpələrin qidalanmasına dair qanun və Ümumdünya Səhiyyə Təşkilatının ana südü ilə əmzirməyə dair kodeksi var. Bütün bunlara baxmayaraq, pediatrlarla süni qida şirkətləri arasında ciddi əlaqə var. Şirkətlər pediatrları maliyyələşdirir və onların vasitəsilə öz məhsullarını satırlar.

Rəsmi məlumatlarda 50 faiz qeyd edilsə də, apardığımız araşdırmalara görə ana südü ilə əmzirmə Azərbaycanda 40 faizdən yuxarı deyil. Ciddi problemlərdən biri budur ki, Azərbaycanda süni qidanı mükəmməl ekspertiza edən laboratoriya yoxdur. Təhlükəsizliklə bağlı yalnız gigiyenik sertifikat verilir. Körpə qidaları mürəkkəb məhsul olduğundan onların ekspertizası mütləq lazımdır”.

E.Hüseynovun fikrincə, pediatrlar ana südündən çox körpəni süni qida ilə qidalandırmağı analara tövsiyyə edirlər. “Analar doğum evlərindən çıxan kimi onlara zənglər gəlir və körpələrə süni qidalar təklif olunur. Təəssüf ki, Azad İstehlakçılar Birliyi pediatrlarla süni qida distributorlarının əlaqələrini ifşa edə bilməyib. Biz buna çalışırıq. Süni qidalardan çox istifadə onların qiymətlərinin artmasına gətirib çıxarır.

Ana südü ilə əmzirməyə dair Beynəlxalq Təşkilatdan (İBFAN) daha çox “Nestle” firmasının süni qidalarına dair məktublar gəlir və bu qidanın uşaqlar üçün arzuolunmaz olduğu bildirilir. Təşkilat insanları “Nestle” süni qidalarını boykot etməyə çağırır. Bununla bağlı oktyabrın 28-dən noyabrın 4-dək kampaniya keçirəcək. Körpə qidalarının bəzilərində genetik modifikasiya olunmuş komponentlər-soya yağları və soya südləri var”.

Təşkilat sədrinin sözlərinə görə pediatrlarla qida distributorlarının əlaqəsi olduqca, ana südü ilə əmzirmənin faizi aşağı olacaq. “Süni qidalarla bağlı reklam materiallarında ana südü ilə bağlı vacibiyyət bildirilməlidir. Amma biz bunu reklamlarda görmürük. Qidalar harada gəldi satılır. Başqa ölkələrdə bu ixtisaslaşmış yerlərdə satılır”.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR