SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"İNSAN ALVERİNİN QURBANI OLMA"

22-04-2016, 18:58 | Oxunub: 9 651 |

"İNSAN ALVERİNİN QURBANI OLMA"
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən əhali, xüsusilə gənclər arasında insan alveri və onun yaratdığı fəsadlara qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq genişmiqyaslı layihələr həyata keçirilir.

"EMTV.az" xəbər verir ki, bu istiqamətdə görülən işlərin davamı olaraq, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə, “İnsan alverinin qurbanı olma!” adlı genişmiqyaslı maarifləndirmə layihəsinə başlanılıb.

Layihə çərçivəsində ilk tədbir Zəngilan Rayon İcra Hakimiyyəti ilə birgə aprelin 22-də Xətai rayonunda yerləşən Zəngilan rayon 28 saylı orta məktəbin müəllimlərinin, yuxarı sinif şagirdlərinin və valideynlərin iştirakı ilə keçirilib.

Tədbiri giriş sözü ilə açan Zəngilan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şənlik Əliyev tədbir iştirakçılarını salamlayıb, Ermənistanın Azərbaycana qarşı silahlı təxribat hücumu barədə geniş məlumat verib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra tədbir iştirakçılarına Komitə tərəfindən keçirilən “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş insan alveri mövzusunda “Günahkarlar yoxsa günahsızlar ” adlı film nümayiş edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov mövzu ilə bağlı təqdimat nümayiş etdirərək, insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları barədə məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Tədbirdə iştirak edən rayon 28 saylı orta məktəbin psixoloqu Xəyalə Allahverdiyeva problemin aktuallığını qeyd edərək, insan alveri qurbanları üçün yaradılmış sığınacaqlar, eləcə də onların cəmiyyətə reinteqrasiyası olunmasında psixoloji yardım amilinin əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda Zəngilan rayon 28 saylı orta məktəbin şagirdləri arasında Komitə tərəfindən müvafiq sahədə rayon üzrə mövcud vəziyyət barədə rəyi öyrənmək məqsədilə hazırlanmış anonim anket sorğular paylanılıb, tədbir iştirakçılarının mövzular ətrafinda sualları cavablandırılıb və iştirakçılara Komitə tərəfindən hazırlanan maarifləndirici çap materialları təqdim edilib.

“İnsan alverinin qurbanı olma!” adlı layihə çərçivəsində tədbirlərin digər şəhər və rayonlarda davam etdirilməsi nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR