SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

PREZİDENT İLHAM ƏLİEVİN İŞTİRAKI İLƏ "ÜFÜQ", "ZƏFƏR", "TURAN" SƏRNİŞİN GƏMİLƏRİ İSTİSMARA VERİLDİ

22-04-2016, 17:24 | Oxunub: 14 222 |

PREZİDENT İLHAM ƏLİEVİN İŞTİRAKI İLƏ "ÜFÜQ", "ZƏFƏR", "TURAN" SƏRNİŞİN GƏMİLƏRİ İSTİSMARA VERİLDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Bakı gəmiqayırma zavodunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə inşa edilən “Üfüq”, “Zəfər” və “Turan” sərnişin gəmilərinin istismara verilməsi mərasimində iştirak edib.

"EMTV.az" xəbər verir ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlətimizin başçısına zavodda inşa edilən gəmilər barədə məlumat verdilər. Bildirildi ki, hazırda gəmiçiliyin donanması üçün zəruri olan müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı danışıqlar aparılır. Onların arasında tankerlər, quru yük gəmiləri, konteynerdaşıyan gəmilər, kran, yanğınsöndürən, yedək-təchizat, təchizat və nəqliyyat gəmiləri var.

Dövlətimizin başçısı gəmilərin istismara verilməsini bildirən lenti kəsdi.

Azərbaycan neftçilərinin dəniz platformalarına çatdırılması üçün nəzərdə tutulan sərnişin gəmilərinin inşasına dair müqavilə 2014-cü ilin mayında imzalanıb. Müvafiq layihə və hazırlıq mərhələsindən sonra tikinti işlərinə 2014-cü ilin oktyabrında başlanılıb. Gəmilərin hamısı körpüdə və dənizdə sınaqlardan uğurla keçib və istismara hazır vəziyyətdədir. Onların hər biri 80 sərnişin tutumuna malikdir. Uzunluğu 38 metr, eni 8 metr, suya oturumu 2,25 metr olan gəmilərin gövdəsi polad, üst tikililəri isə alüminium materialdan hazırlanıb. Yüngül materialların tətbiqi, hərəsinin gücü 1920 kilovat olan iki baş mühərrikin qoyulması sərnişin gəmilərinə saatda 35 kilometrə yaxın sürət yığmağa imkan verir. Bu, mövcud gəmilərin sürəti ilə müqayisədə iki dəfə çoxdur. Eyni zamanda, yeni gəmilər göyərtələrinə 10 tonadək müxtəlif yük də götürə bilir. Beləliklə, neftçilərin və yüklərin dəniz platformalarına daha tez və rahat çatdırılması təmin ediləcək.

Sonra Prezident İlham Əliyev “Üfüq” sərnişin gəmisinin istismara verilməsini bildirən düyməni basdı.PREZİDENT İLHAM ƏLİEVİN İŞTİRAKI İLƏ "ÜFÜQ", "ZƏFƏR", "TURAN" SƏRNİŞİN GƏMİLƏRİ İSTİSMARA VERİLDİ

Yeni sərnişin gəmilərinin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayan Bakı gəmiqayırma zavodunun növbəti uğurudur. Zavod Azərbaycanın gəmiçilik sahəsində idxaldan asılılığının aradan qaldırılmasına xidmət edərək, Xəzər donanmasını müasirləşdirməyə imkan verir. Eyni zamanda, bu zavod ixrac potensialımızın gücləndirilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.

Qeyd edək ki, hazırda Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Xankəndi” sualtı tikinti gəmisinin inşası aparılır. Bu, indiyə qədər Bakı gəmiqayırma zavodunda icra olunan ən mühüm sifarişdir. Gəmi Xəzər dənizində xüsusi təyinatlı əməliyyatların həyata keçirilməsi üçün nəzərdə tutulub və DNV GL Norveç və Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilir. Gəmidə 600 metr dərinlikdə sualtı quraşdırma və yükqaldırma işləri üçün 900 tonluq əsas kran qoyulacaq. Bundan əlavə, dərin sularda mürəkkəb dalğıc əməliyyatları üçün 18 nəfərlik dalğıc kameraları və məsafədən idarə olunan iki sualtı robotla təchiz ediləcək. Dinamik mövqe idarəetmə sistemi-DP3 ilə təchiz olunmuş gəminin uzunluğu 155, eni 32, bortunun hündürlüyü isə 13 metr təşkil edir. Ümumi gücü 32 min kilovat olan gəmidə 8 mühərrik quraşdırılıb ki, bu da onun layihəyə uyğun olaraq 13,5 uzel sürətini təmin edəcək. 175 nəfərlik kayutlarla təchiz olunan gəminin layihəsi üzrə işlərin artıq 80 faizi yerinə yetirilib və 2017-ci ilin aprelində sifarişçiyə təhvil verilməsi planlaşdırılır.

Son dövrlərdə gəmiçilik sahəsinin inkişafına, gəmiçilik fəaliyyəti ilə əlaqəli infrastrukturun təkmilləşdirilməsinə dövlətimizin başçısı tərəfindən xüsusi diqqət göstərilir və ciddi islahatlar həyata keçirilir. “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin müxtəlif təyinatlı gəmiləri ölkəmizin ərazisindən keçən tranzit yüklərin daşınmasında mühüm yer tutur və Azərbaycanın regionun nəqliyyat və logistika qovşağına çevrilməsinə, tranzit ölkə kimi Asiya və Avropa arasında yükdaşımalarda mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Gəmiçiliyin strategiyasına müvafiq olaraq, Xəzərdən kənar sularda fəaliyyətin genişləndirilməsi məqsədilə yaxın vaxtlarda hər birinin 5500 ton yükgötürmə qabiliyyəti olan altı quru yük gəmisi istismara veriləcək. Bununla da Xəzərdən kənarda, Qara və Aralıq dənizləri hövzələrində Azərbaycan bayrağı altında üzən gəmilərimizin sayı 11-ə çatacaq.

Gəmilərlə yaxından tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR