SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

NARDARANDA HƏBS OLUNAN 71 NƏFƏR AZAD EDİLDİ

22-01-2016, 11:34 | Oxunub: 9 451 |

NARDARANDA HƏBS OLUNAN 71 NƏFƏR AZAD EDİLDİ
Nardaran hadisələri ilə bağli inzibati qaydada həbs olunan 71 nəfərin hamısı azadlığa buraxılıb. Bu barədə Nardaran sakinləri məlumat verib.

"EMTV.az" xəbər verir ki, sakinlər bildiriblər ki, Nardaran hadisələri ilə əlaqədar inzibati qayda pozuntusuna yol verdiyi üçün saxlanılan 71 nəfər barəsində seçilən inzibati həbs müddətləri başa çatıb: "Ötən həftə həmin şəxslərdən barələrində seçilən inzibati həbs müddəti bitmədiyi üçün 14 nəfər azadlığa çıxmamışdı. Həmin şəxslərin barəsində seçilən inzibati həbs müddəti bitdiyindən onlar artıq azadlığa buraxılıblar".

Nardaran sakinləri qeyd ediblər ki, hazırda Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində 3 qəsəbə sakini qalıb ki, onlar da, məlum hadisələrdən sonra inzibati qaydada həbs edilənlərdir. Bildirilir ki, saxlanılanlardan 2 nəfərinin inzibati həbs müddəti 30, 1 nəfərin inzibati həbs müddəti isə 15 sutkadır. Yaxın günlərdə həmin şəxslərin də həbs müddəti başa çatacaq və azadlığa buraxılacaqlar.

Xatırladaq ki, ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı “Müsəlman birliyi” adı altında qanunuz fəaliyyət göstərən təşkilatın rəhbəri Taleh Bağırov və qurumun 13 üzvü saxlanılıb. Əməliyyat zamanı polislə birlik üzvləri arasında qarşıdurma baş verib. Nəticədə ikisi polis əməkdaşı olmaqla 7 nəfər həlak olub, radikal birliyin rəhbəri Taleh Bağırov başda olmaqla 32 nəfər saxlanılıb. Saxlanılanlardan 14 nəfər "Müsəlman Birliyi"nin üzvləri, qalan 18 nəfər isə Nardaran sakinidir. Saxlanılan şəxslərlə bağlı cinayət işi başlanıb və məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisədən sonra isə inzibati qayda pozuntusuna yol verən 71 nəfər Nardaran sakini inzibati qaydada həbs olunub.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR