SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

ŞƏHİDLƏR XİYABANI ZİYARƏTÇİLƏRİ QƏBUL ETMƏYƏ HAZIRDIR

19-01-2016, 16:20 | Oxunub: 18 100 |

ŞƏHİDLƏR XİYABANI ZİYARƏTÇİLƏRİ QƏBUL ETMƏYƏ HAZIRDIR
Sabah qanlı 20 Yanvar faciəsinin 26-cı ildönümüdür. Faciə qurbanlarının uyuduğu Şəhidlər xiyabanı ziyarətçilərini qəbul etməyə artıq hazırdır. Şübhəsiz ki, hər il Şəhidlər xiyabanına insanların kütləvi axını olur. Xüsusən də, 20 Yanvar günü burada böyük izdiham yaşanır. Paytaxt sakinləri başda olmaqla, ölkənin dörd bir yanından şəhidlərimizi ziyarətə gəlirlər. Bu münasibətlə, artıq yanvar ayının 10-dan etibarən, xiyabanda müxtəlif hazırlıq işlərinə başlanılıb.

Şəhidlər xiyabanına gedərək oradakı abadlıq və təmizlik işlərinə şahidlik etdik. Kimi yaşıllıq sahələrini suvarır, təmizlik işləri aparır, kimi elektrik naqillərini düzəldir, kimi də al rəngli gülləri yerbəyer edirdi. Hər kəs öz işini böyük həvəslə görürdü. Təkcə ona görə yox ki, burada yanvarın 20-də şəhidlərin anım günü keçiriləcək, həm də ona görə ki, Şəhidlər xiyabanı xalqımızın müqəddəs yerlərindən sayılır. Burada 1990-cı ilin qanlı Yanvar hadisələri ilə bərabər, Qarabağ savaşında şəhid olmuş oğul və qızlarımız yatır. Xiyaban həmçinin, 1918-ci ildə Bakı uğrunda gedən döyüşlərdə həlak olmuş azərbaycanlı və türk əsgərlərin dəfn olunduğu yerdir.
Bu gün Şəhidlər xiyabanının al rəngli qərənfillərə bürünməsi də məhz qəhrəmanlıq tarixinin şərəfinədir. Xiyabanın girişində ağ və qırmızı qərənfillərdən döşənmiş xalça da insanlara yüksək əhval bəxş edir. Xüsusi zövqlə hazırlanmış bu kompozisiya xiyaban boyu davam edir. Güllərin arası ilə hər metrdən bir xüsusi şamların qoyulması isə ümumi fona rəngarənglik qatır. Bu şam kapron əşyalardan ibarətdir, içərisində isə kiçik elektrik lampası var. İşıqlandırılan bu lampa yanan şam effekti verir.
Divarlara və səkilərə bərkidilən təbii güllər isə xüsusi qaydalarla hazırlanıb. Belə ki, qərənfillər suya salınmış və bir neçə gün suyu özündə saxlayan xüsusi materiala keçirilir. Belə olduqda qərənfil bir neçə gün, bəzən bir həftəyə qədər öz təravətini qoruyub saxlayır, solmamış qalır.
Xiyabanın ərazisində təmizlik və abadlıq işləri görən bir neçə şəxslə söhbətləşdik. Dedilər ki, əməklərinin qarşılığında heç bir maddiyyat güdmürlər. Çünki düşünürlər ki, şəhidlərin qulluğunda durmaqdan, onların uyuduğu məkanda işləməkdən gözəl bir şey yoxdur.
Ümumi hazırlıq işlərinə nəzarət edən Bakı Şəhər İcra Hakimiyyətinin məsul nümayəndəsi bildirdi ki, xiyabandakı bütün elektrik avadanlıqları, eləcə də naqillər yenidən yoxlanılıb və lazımi tədbirlər görülüb. Müxtəlif təbii güllərlə 20 Yanvar stendləri hazırlanıb və xiyabanın girişinə güllərdən ibarət xalça döşənib. Artıq hazırlıq işləri yekunlaşıb.
20 Yanvar gününə qədər təşkil olunan hazırlıq işləri onu deməyə əsas verir ki, həmin gün təkcə hüzn deyil, həm də qürur yerimiz olan Şəhidlər xiyabanı öz rəngarəng görünüşü ilə yenə də göz oxşayacaq.
Şəhidlər xiyabanında 158 nəfər 20 Yanvar şəhidi dəfn olunub. Onlardan dörd nəfəri naməlum şəxslərdir. Burada həmçinin, 256 nəfər Qarabağ müharibəsi və 38 nəfər Daxili Qoşunların şəhidi dəfn olunub. Xiyabanda 1992-ci il yanvarın 25-26-da baş verən Daşaltı əməliyyatındakı 70 şəhidin adına isə abidə qoyulub.

Elgün MƏNSİMOV,
A.MƏMMƏDOV (foto)


ŞƏHİDLƏR XİYABANI ZİYARƏTÇİLƏRİ QƏBUL ETMƏYƏ HAZIRDIRŞƏHİDLƏR XİYABANI ZİYARƏTÇİLƏRİ QƏBUL ETMƏYƏ HAZIRDIR

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR