SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

NAXÇIVANDA DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYA İCLASI KEÇİRİLDİ

29-12-2015, 13:30 | Oxunub: 18 919 |

NAXÇIVANDA DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYA İCLASI KEÇİRİLDİ
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov “2015-ci il ərzində cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin nəticələri və qarşıda duran vəzifələr” mövzusunda məruzə edib.

"EMTV.az"-a verilən məlumatda qeyd olunub ki, müasir texniki vasitələrdən geniş istifadə edilməsi profilaktik işin effektivliyini daha da artırıb.
Xidməti istifadə üçün “Təhlükəsiz şəhər” layihəsi çərçivəsində Naxçıvan şəhəri üzrə 169 kamera quraşdırılıb, hesabat dövründə bu sistem vasitəsilə 222 hadisə aşkarlanıb, Vahid Məlumat Axtarış Sistemi vasitəsilə 36 minə yaxın sorğu cavablandırılıb. Bütövlükdə, müxtəlif inzibati xətalara görə muxtar respublika üzrə 25454 protokol tərtib olunub və qanunauyğun tədbir görülüb.
Cinayətkarlıqla mübarizənin nəticəsinə görə, əvvəlki illərin müsbət nəticələri qorunub saxlanılıb, 2015-ci ildə daxili işlər və prokurorluq orqanları üzrə cəmi 18 cinayət hadisəsi qeydə alınıb. Yüksək peşəkarlıqla həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətlərin açılması uçot subyektləri üzrə 95,8 faiz təmin edilib.

Vurğulanıb ki, fevralın 9-da Naxçıvan Muxtar Respublikasında 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə Ali Məclisin Sədri tərəfindən verilən tapşırığa uyğun olaraq, mart ayından etibarən vətəndaşlara səyyar xidmət göstərilməsinə başlanılıb, səyyar xidmət lazım olan bütün texniki və xüsusi vasitələr, informasiya avadanlıqları ilə təchiz olunub. Bu müddət ərzində 6320 müraciət qəbul olunaraq icra edilib.
Muxtar respublika daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görülüb, xeyli sayda nəqliyyat vasitəsi, o cümlədən 10 ədəd BMV markalı motosiklet alınaraq müvafiq xidmətlərdə istifadə olunur.
Avtomobillərin texniki baxışdan keçirilməsi işini asanlaşdırmaq üçün Culfa və Ordubad rayonları ərazisində Dövlət Yol Polisi İdarəsinin yeni texniki müayinə mərkəzləri tikilərək istifadəyə verilib. Bu müayinə mərkəzlərində il ərzində, təxminən, 20 min avtomobilin texniki baxışdan keçirilməsi mümkündür.
Sonra məruzə ətrafında çıxışlar olub.
Kollegiya iclasından sonra mükafatlandırma mərasimi keçirilib.
Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının bir qrup əməkdaşına xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında fərqləndiklərinə görə fəxri fərman, “Əla xidmətlərə görə” döş nişanı və hədiyyələr verilib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR