17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
MƏRKƏZİ BANKDAN DOLLARLA KREDİTİ OLANLARA XƏBƏR
Mərkəzi Bankda (MB) bank sektorunun nümayəndələri ilə keçirilən iclas başa çatıb.
"EMTV.az" xəbər verir ki, kommersiya banklarından birinin rəhbərinin APA-ya verdiyi məlumata görə, Mərkəzi Bankı iclasda MB-in baş direktoru Rəşad Orucov təmsil edib.
Banklar isə görüşdə İdarə Heyətlərinin sədrləri səviyyəsində təmsil olunub.
Görüşdə manatın devalvasiyaya uğramasından sonra bankların problemli aktivlərinin kəskin artması və bank sektorundakı konsolidasiya prosesi müzakirə olunub.
Bildirilib ki, banklara dollarla krediti olan müştərilərə müvafiq yardımlar göstərmək tövsiyə olunur. Eyni zamanda qeyd olunub ki, MB banklara vəziyyətdən çıxmaqda yardım edəcək.
R. Orucov banklara dollarla krediti olan müştərilərin kreditlərinin restrukturizasiyasını aparmağı tövsiyə edib.
MB rəsmisi qeyd edib ki, bank sektorunda konsolidasiya prosesi sürətlənməlidir.
Bununla yanaşı, banklar manatla olan məhsullarını bazara daha intensiv çıxarmalıdır.
Banklara o da tövsiyə olunub ki, fərdi inkişaf proqramlarını hazırlasın.