SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Özbəkistanın Sərhəd Qoşunları arasında əlaqələr müzakirə edilib

23-12-2015, 14:05 | Oxunub: 21 334 |

Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Özbəkistanın Sərhəd Qoşunları arasında əlaqələr müzakirə edilib
Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin dəvəti ilə Özbəkistan Respublikasının Milli Təhlükəsizlik Xidməti sədrinin müavini – Sərhəd Qoşunlarının Komandanı, general-mayor Eminjanov Rustam Olimoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

"EMTV.az" xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildiriblər ki, nümayəndə heyəti Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Özbəkistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının nümayəndə heyətləri arasında keçirilən görüş zamanı ikitərəfli əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, sərhəd mühafizəsi, dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti, sərhəd aviasiyası, kadrların hazırlaşdırılması, miqrasiya proseslərinin idarə edilməsi, beynəlxalq tədbirlər və layihələr çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və digər maraq doğuran məsələlər müzakirə olunub. Qeyd olunan sahələr üzrə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasına hazırlıq ifadə edilib.

Bununla yanaşı, tərəflər sərhəd təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərlə, əsasən də beynəlxalq terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və transsərhəd xarakterli digər əməllərlə mübarizənin vacibliyini xüsusi vurğulayıblar.

Görüşdə Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, zəbt olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi qeyd edilib, həmçinin sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində aparılmış islahatlar və əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri, Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzi, Sahil Mühafizəsi, DSX Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb, Atçılıq Mərkəzi və digər bölmələrlə tanış olublar.
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Özbəkistanın Sərhəd Qoşunları arasında əlaqələr müzakirə edilibAzərbaycanın Dövlət Sərhəd Xidməti ilə Özbəkistanın Sərhəd Qoşunları arasında əlaqələr müzakirə edilib
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Özbəkistanın Sərhəd Qoşunları arasında əlaqələr müzakirə edilibAzərbaycanın Dövlət Sərhəd Xidməti ilə Özbəkistanın Sərhəd Qoşunları arasında əlaqələr müzakirə edilib
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Özbəkistanın Sərhəd Qoşunları arasında əlaqələr müzakirə edilibAzərbaycanın Dövlət Sərhəd Xidməti ilə Özbəkistanın Sərhəd Qoşunları arasında əlaqələr müzakirə edilib
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Özbəkistanın Sərhəd Qoşunları arasında əlaqələr müzakirə edilib

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR