SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"İSTİNTAQ HƏRƏKƏTLƏRİ ÇOX LƏNG APARILIR"-C.HACIYEVİN VƏKİLİ

11-12-2015, 12:15 | Oxunub: 9 170 |

"İSTİNTAQ HƏRƏKƏTLƏRİ ÇOX LƏNG APARILIR"-C.HACIYEVİN VƏKİLİ
Həbsdə olan "Beynəlxalq Bank"ın keçmiş sədrinin appelyasiya şikayətinə dekabrın 17-də baxılacaq


"EMTV.az" xəbər verir ki, “Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əleyhinə ifadə verməsi barəsində yayılan məlumatların heç bir əsası yoxdur”.

Bunu APA-ya açıqlamasında C. Hacıyevin vəkili Aqil Layıcov deyib. O bildirib ki, C. Hacıyevin barəsində olan cinayət işi yalnız kreditlərlə bağlıdır: “Cinayət işi Beynəlxalq Bank və qaytarılmayan kreditlərlə bağlıdır. Cinayət işi üzrə istintaq hərəkətləri çox ləng aparılır və onun Eldar Mahmudova qarşı ifadə verməsi yalandır. Belə bir ifadə olmayıb”.

Qeyd edək ki, dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham edilir.

Bu arada, Cahangir Hacıyevin Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı şikayəti əsasında keçiriləcək məhkəmə prosesinin vaxtı məlum olub.

C. Hacıyevin vəkili Aqil Layıcovun verdiyi məlumata görə, şikayətə noyabrın 17-də Nərimanov rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Müdafiə tərəfi bildirib ki, C. Hacıyev indiyə kimi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Qanunvericiliyə əsasən barəsində həbs-qətimkan tədbiri seçilmiş şəxs 24 saat ərzində istintaq təcridxanasına etap edilməli idi.
Nərimanov rayon Məhkəməsinə C. Hacıyevin vəkili tərəfindən edilən şikayətdə onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmasının qanunsuz hesab edilməsi istənilib.

C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham edilir.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR