SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

"Yanğından xəsarət alan olmayıb" - İqtisad Universitetindən AÇIQLAMA

3-07-2019, 13:32 | Oxunub: 1 806 |



Universitetin tədris mərkəzindəki yanğın zamanı heç bir tələbəyə zərər dəyməyib.

Emtv.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında. UNEC-in mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yanğın olub.

Yanğın səhər saatlarında ali məktəbin əsas tədris binasındakı tədris mərkəzi otağında baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Elnarə Məmmədova açıqlamasında yanğın təhlükəsinin sovuşduğunu, narahatlığa heç bir səbəb olmadığını bildirib:

"Bu gün səhər saatlarında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əsas tədris binasında yanğın olub.

Yanğın tədris binasının birinci mərtəbəsində 36 kv metr sahəni əhatə edib. İlkin araşdırmaya görə, yanğın qısaqapanma nəticəsində baş verib. Yanğın tez bir zamanda söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğın qısa qapanma nəticəsində baş verib. Hadisə universitetin Tədris Şöbəsində yaşanıb. Yanğın təhlükəsi aradan qaldırılıb. Heç bir tələbəyə zərər dəyməyib. Narahat olmağa əsas yoxdu".

Aynurə Kərimova,
Emtv.az.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR