SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

"Ceyhun və Murad Arif bəstəkar deyil" - QALMAQAL

2-07-2019, 17:11 | Oxunub: 890 |



"Hansı kantatanı yazıb, bəstəkar adına layiq görülmüsən? Biz bəstəkarıqsa, onda Üzeyir Hacıbəyov kimdir? O da bəstəkardır, biz də? Dörd-beş notu yan-yana gətirib, beynində olan mahnını, bir az oradan-buradan düzüb-qoşursansa, sən özünə necə bəstəkar deyə bilərsən?".

Emtv.az xəbər verir ki, bu sözləri müğənni Əhməd Mustafayev "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. O, bəstəkarlıqla məşğul olan Əməkdar artist Elza Seyidcahan, müğənnilər Ceyun və Murad Arifi tənqid edib. Əhməd bildirib ki, onları bəstəkar hesab etmir:

"Bəstəkar Şopen, Motsartdır. Bu gün yazdığımız mahnı sabah yaddan çıxır. Biz necə bəstəkar ola bilərik? Ceyhun Qala bəstəkar deyil. O da mənim kimi ürəyindən keçənləri yazır.

Murad Arifin adı gələndə çox adam deyir ki, plagiat musiqi yazan ifaçıdır. Onun bir çox mahnılarını qonşu ölkələrin ifaçıları oxuyub. Bu isə onun həm uğuru, həm də uğursuzluğudur.

Muradı o qədər önəmsəmədikləri üçün mahnısını ifa edəndə ondan icazə almırlar. Qonşu ölkələrdə yaşayan ifaçılar üçün Murad o qədər də sanballı deyil. Murad dəyərli yaradıcı adamdır. Amma o, bəstəkar deyil. Konservatoriyada bəstəkarlıq fakültəsini bitirməlisən və sən bu adı daşımalısan.

Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR