18:30 - MƏN DEPUTATLIĞA ÖZ NAMİZƏDLİYİMİ GERİ GÖTÜRDÜM-Faiq ƏHMƏDOV
19:03 - Kərbəla ziyarətinin dərdü- bəla tur şirkətləri...
21:07 - XIRDALAN ŞƏHƏR 10 SAYLI TAM ORTA MƏKTƏBDƏ “İLK ZƏNG”
19:12 - DÜŞMƏN QUCAĞINI ÖZLƏRİNƏ SIĞINACAQ EDƏNLƏR HƏR ZAMAN UDUZUBLAR VƏ BUNUN ALTERNATİVİ YOXDUR
17:14 - Müstəqil Lider Jurnalı
16:06 - “Bir halda ki, davam edir 37” – - Xəlil Rza
12:36 - “Azərbaycanın Səsi” İctimai Birliyi tərəfindən aksiya keçirilmişdir - FOTOLAR
01:24 - Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul
01:12 - Azərbaycanda sabiq icra başçısına cinayət işi açıldı
01:04 - Azərbaycan Ordusu şəhid verib
00:59 - Vilayət Eyvazov rəis müavinini işdən çıxardı
00:51 - Əsgərlərimiz fərari ermənini saxladı - FOTO
00:39 - Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırır - FOTO
FAZİL MƏMMƏDOV XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - Əməliyyat olunma ehtimalı var
Ötən gün Azərbaycanın sabiq Vergilər naziri Fazil Məmmədovun səhhəti pisləşib və o, Bakıdan Gəncə Beynəlxalq Xəstəxanasına gətirilib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, keçmiş nazir Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Alınan məlumata görə, Fazil Məmmədov hazırda həkim nəzarətindədir. Onun əməliyyat olunma ehtimalı var.
Qeyd edək ki, Fazil Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının 1-ci vergilər naziri təyin olunub. O, 17 il bu vəzifədə çalışıb. Son vaxtlar keçmiş nazirin səhhətində problemlər yaranır. Onun qara ciyərində problem var. Həmçinin Fazil Məmmədov qan təzyiqinin yüksəlməsindən də əziyyət çəkir.
Xatırladaq ki, uzun müddət Türkiyədəki “Amerikan Hastanesi”ndə müalicə alan sabiq vergilər naziri Fazil Məmmədovda pankreatit xəstəliy aşkarlanmışdı. Bu xəstəliyin də əsas səbəb spirtli içkilərdən çox istifadə edilməsidir.
Məlumata görə, həkimlər yaşaması üçün F.Məmmədova spirtli içki yasağı qoyublar.
Xatırladaq ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirmişdi. F.Məmmədov 2018-ci ilin iyununda Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılmişdı.
O “American Hastanesi”nin professorları Orhan Bilgə və Mustafa Kərəmin nəzarətində olmuşdu.
Ümid Abdullayev
Emtv.az