SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Badamdarın "torpaq mafiyası"ndan prezidentə şikayət: - "Bir qrup dələduz..."

31-05-2019, 13:05 | Oxunub: 10 145 |

Badamdarın "torpaq mafiyası"ndan prezidentə şikayət: - "Bir qrup dələduz..."

Badamdar sakini Hürnisə Bağırova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyeva adına göndərdiyi şikayət məktubunun bir nüsxəsini də buizim redaksiyaya ünvanlayıb.

Emtv.az xəbər verir ki, şikayət məktubunda sabiq ədliyyə polkovnikinin həyat yokldaşı H.Bağırova Badamdarda illərdir kök salmış "torpaq mafiyası"nın qurbanına çevrilməsindən bəhs edir.

Maraqlıdır ki, bu dəfə də Badamdar Bələdiyyəsinin sabiq sədri, həmişə adı torpaq qalmaqallarında hallanan Bəybala Hüseynovun adı şikayətdən qırmızı xətt kimi keçir.

H.Bağırovanın şikayət məktubunu olduğu kimi təqdim edirik:


"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
I vitse-prezident Mehriban xanım Əliyevaya
Baş prokuror cənab Zakir Qaralova
Səbail Rayon İcra hakimiyyətinin Başçısı cənab Vüqar Zeynalova


Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 3, mənzil 14-də yaşayan Bağırova Hürnisə Qüdrət qızı tərəfindən

M Ü R A C İ Ə T


Hörmətli cənab İlham Heydər oğlu!

1996-cı ildən yaşadığımız binanın yola tərəf həyət hissəsində qonşuların və Səbail Rayon İcra Hakimiyyəti Badamdar qəsəbə nümayəndəliyinin icazəsiylə 3,5 sot torpaq sahəsində bağçılıq-bostançılıq məqsədilə təmizlik işləri apardıq, ağaclar əkdik.

2005-ci ildə bu torpaq sahəsini sənədləşdirmək və övladlarımızın birinə fərdi mənzil tikmək üçün Bakı Şəhər və Səbail Rayon İcra Hakimiyyətinə, Səbail Rayon Bələdiyyəsinə müraciət etdik. Səbail Rayon Bələdiyyəsinin müvafiq olaraq 2005-ci il 23 dekabr, 209-saylı qərarı ilə həmin torpaq sahəsi mənim adıma rəsmilədirildi.

Bir müddət sonra, təxminən 2009-2010-cu illərdə həyat yoldaşım, ədliyyə polkovniki, mərhum Şahkişi Bağırov işdən tez- tez çıxa bilmədiyindən, həmçinin tikinti aparmağa vaxtı olmadığından həmin torpaq sahəsini satıb hazır mənzil almaq istədik. Bu işdə ona tanışı Musayev Zaməddin adlı bir şəxs kömək edəcəyini söz verdi.

Ancaq bir müddət sonra bizə bəlli oldu ki, Zaməddin adlı şəxs Badamdar Bələdiyyəsinin sədri Bəybala Hüseynovla həmin torpaq sahəsini İlqar adlı bir şəxsə satmış və ona saxta yollarla sənəd düzəldiblər. Bu barədə müvafiq orqanlara müraciət etsək də, bu günədək heç bir tədbir görülmədi. Həyat yoldaşım ağır xəstəlikdən vaxtsız dünyasını dəyişdi. Uzun illər həyatını dövlətə xidmətə həsr edən bir insanın müraciəti sayılmaz qaldı.

Sizdən bizə məxsus həmin torpaq sahəsinin kimlər tərəfindən və hansı yollarla sənədləşdirilib satanların cəzalandırılmasını, torpaq sahəsinin bizə qaytarılmasına köməklik göstərməyinizi xahiş edirəm

Hörmətlə,
Hürnisə Bağırova"


Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR