SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

 "Bəs karqo ləğv ediləcəkdi, rəqabət olacaqdı, hər kəs gətirdiyi malların gömrük rüsumunu ödəyəcəkdi?"

31-05-2019, 10:11 | Oxunub: 11 124 |

 "Bəs karqo ləğv ediləcəkdi, rəqabət olacaqdı, hər kəs gətirdiyi malların gömrük rüsumunu ödəyəcəkdi?"

Azərbaycanda fəaliyyət göstərən bir qrup Türkiyəli iş adamı Azərbaycan Respublikası Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə açıq məktubla müraciət ediblər.

Emtv.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqının mənfəəti üçün imzaladığı fərmana əsasən sahibkarlar xarici ölkələrdən idxal etdikləri malların gömrük rüsumlarını öz və ya öz firmaları adına öddəməli idi. Yəni bununla karqo sisteminin ləğv olunması nəzərdə tutulurdu. Hətta buna görə gömrük məmurları dəyişdirildiyi məktubda qeyd edilir: “Bəs karqo ləğv ediləcəkdi, rəqabət olacaqdı, hər kəs gətirdiyi malların gömrük rüsumunu ödəyəcəkdi? Eyni firmadan mal alan sahibkar öz adına malı gətirdiyi zaman gömrük rüsumu yüksək olur, amma karqo ilə gətirdikdə isə ucuz başa gəlir. Bunun səbəbi ondadır ki, sahibkar məhsulu öz və ya firması adına gətirdikdə rəsmi faktura ilə gətirir. Karqolar isə fakturaları və məhsul kodlarını dəyişdirərək gətirir.


Bununla da bazarda haqsız rəqabət yaranır. Bunun səbəbi isə rəsmi şəkildə malı idxal edən sahibkar, karqo ilə malı idxal edən sahibkardan baha satdığı üçün haqsız rəqabət yaranmış olur. Həmçinin bu vəziyyətin yaranması ilə həm sahibkarlar, həm də karqolar vergidən yayınmış olurlar.

Ümumiyyətlə, dünya təcrübəsində karqo şirkətləri yalnız malın daşınması üçün göstərdikləri xidmət haqqını almalıdırlar. Malların gömrük rəsmiləşdirilməsini sahibkarlar öz və ya öz firmaları həyata keçirməlidir. Bizdə isə karqo şirkətləri saxta şirkətlər açaraq malları öz adlarına rəsmiləşdirir və vergi fakturasını dəyişərək ölkəyə idxal edirlər. Hətta onlar malın gömrük fakturasını dəyişdirməklə yanaşı malın gömrük kodlarını da dəyişirlər.

“Biz Türk iş adamları olarak bu saxta faturasız mal satışlarından, qarşılığı olmayan bəyannamələrdən yorulduq. Nəyə görə, bizi karqoların qucağına atdılar? Eyni yerdən, eyni malı alan iş adamı karqo ilə daşıdığı zaman daha ucuz olur, özü gətirdikdə baha. Gömrükdə olan bütün bu uyğunsuzluqlara “dur” desəniz Türkiyə və Avropa iş adamları olaraq sizə minnəttar olacağıq!

Daha sonra dia.az onu da qeyd edib ki,konkret olaraq bildiririk ki, karqo şirkətləri bir tırın içərisinə 20-30 iş adamının idxal etdiyi malı yükləyib, 5-6 fiziki şəxs adına gömrük fakturası ilə Azərbaycana idxal edirlər. Nəticədə dövlətimizin büdcəsinə az vergi ödənir, haqsız rəqabət yaranır və Cənab Prezident İlham Əliyevin iqtisadi siyasətinə xəyanət olunur. Sizdən xahiş edirik ki, karqo şirkətlərinə nəzarəti gücləndirəsiniz və onların yalnız malların daşıması ilə məşğul olmalarını və gömrük işlərindən kənarda qalmalarını təmin edəsiniz. Əgər bunun qarşısı alınmazsa, biz Türk iş adamları olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Azərbaycan Respublikasının Vitse Prezidenti xanım Mehriban Əliyevaya şikayət edəcəyik!”.


Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR