SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Şəmkirdə icra başçısının “fərasəti” sayəsində insanların torpaqları əlindən çıxır - İTTİHAM

20-05-2019, 13:57 | Oxunub: 10 556 |

Şəmkirdə icra başçısının “fərasəti” sayəsində insanların torpaqları əlindən çıxır - İTTİHAM

Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun daha iki zolaq genişləndirilməsinə start verilib. Tikinti Şəmkir rayonunun kənd təsərrüfatı istifadəsində olan torpaqlarda və boş ərazilərdə aparılır. Yol çəkilişində yalnız asfalt örtüyündən deyil, yerin alt qatındakı xammaldan (çınqıl) da istifadə edilir. Həmin xammal isə milyonlarla manat deməkdir. Elə bu səbəbdən də Şəmkir rayonu ərazisindən keçən yolda icra başçısı Alimpaşa Məmmədov nəzarəti əlinə alıb. Bir çox iş adamlarını oradan kənarlaşdırıb, hətta şəxsi torpağı olanlara qanunsuz olaraq qadağa qoyub.

Emtv.az xəbər verir ki,Alimpaşa Məmmədovun bu məsələdə Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsində özünə “həmkarlar” tapdığı və onların vasitəsilə insanların hansısa sənədlərinin yerində olmadığı bildirilir. Nəticə etibarilə isə insanların torpaqları əlindən çıxır.

Erməni girovluğunda saxlanan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovun torpaq məsələsi də həmin işin tərkib hissəsidir. Məsələ mediaya çıxarıldığı üçün Alimpaşa Məmmədov geri addım atmağa məcbur oldu…

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Modern.az-a bildirib ki, layihə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanmış saziş əsasında həyata keçirilir:

“Uzunluğu 130 kilometr olan yoldakı işlərə tam olaraq 1 aydır start verilib. Ərazidə geoloji və mobilizasiya işləri yekunlaşıb. Hazırda torpaq işləri görülür, yeni yol yatağının inşası aparılır. İşlər AAYDA-nın sifarişi əsasında iki türk şirkəti tərəfindən həyata keçirilir”.

Daha sonra teref.az onu da qeyd edib ki,onun sözlərinə görə, M-2 Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi layihəsinin 2021-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulur:

AAYDA rəsmisi qeyd edib ki, layihə əvvəlcədən bütün dövlət qurumları ilə razılaşdırıldığı üçün hər hansı rayonun ərazisində tikinti işlərinə heç bir maneə yoxdur: “Bütün işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır”

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR