SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Cocuq Mərcanlıda iftar süfrəsi təşkil edilib - FOTO

18-05-2019, 13:39 | Oxunub: 11 398 |

Cocuq Mərcanlıda iftar süfrəsi təşkil edilib - FOTO

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib.

Emtv.az bildirir ki, Fonddan yerli mətbuata verilən məlumata görə, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Cocuq Mərcanlı kəndinin fəxri sakini Oqtay Həziyev, Cocuq Mərcanlı kəndi üzrə ərazi nümayəndəsi Atakişi Atakişiyev, Cocuq Mərcanlı məscidi dini icmasının sədri və imamı Elman Piriyev, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasim Müqəddəs Qurani-Kərim tilavəti ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Cocuq Mərcanlı kəndi üzrə ərazi nümayəndəsi Atakişi Atakişiyev təşkil edilmiş iftar süfrəsi üçün minnətdarlığını bildirib.

Fondun icraçı direktoru M.İsmayılov tədbir iştirakçılarını salamlayaraq onları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib. M.İsmayılov qeyd edib ki, şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Məhz qazilərimizin və şəhidlərimizin canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur.

İftar süfrəsində çıxış edən Fondun icraçı direktor müavini C.Əliyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Ə.Nəcəfov, Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri və imamı E.Piriyev və digərləri müqəddəs Ramazan ayında şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçıları ilə iftar süfrəsində bir araya toplaşmağın qürurverici olduğunu diqqətə çatdırıblar.

İftar mərasimində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri yad edilib.


Aynurə Kərimova
Emtv.az



Cocuq Mərcanlıda iftar süfrəsi təşkil edilib - FOTO
Cocuq Mərcanlıda iftar süfrəsi təşkil edilib - FOTO
Cocuq Mərcanlıda iftar süfrəsi təşkil edilib - FOTO
Cocuq Mərcanlıda iftar süfrəsi təşkil edilib - FOTO

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR