SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Ay Hacıbala, sənə 1000 manat verdim, sonra 5000 manat istədin” - Abutalıbova şok ittiham...

14-05-2019, 13:20 | Oxunub: 11 638 |

“Ay Hacıbala, sənə 1000 manat verdim, sonra 5000 manat istədin” - Abutalıbova şok ittiham...

Emtv.az xəbər verir ki,məlum olduğu kimi, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93/99 ünvanında ağacların icazəsiz köçürülməsi və kəsilməsi faktı böyük ictimai qalmaqala səbəb olub.

Hadisə cinayət tərkibi yaratdığından torpaq mülkiyyətçisi Həzrətəli Temirov (ərazi onun adına oğlu Rüstəm Temirov tərəfindən rəsmiləşdirilib) barəsində toplanmış araşdırma materialları qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Adı çəkilən mülkiyyətçi Rüstəm Temirov isə yerli KİV-lərə açıqlamasında ittihamlarla razılaşmayıb:

"Özüm Moskvada, İngiltərədə oxumuş insanam, Dövlət İqtisad Universitetini bitirmişəm. İngiltərədə qalmaq şansım ola-ola vətənə qayıtmışam. Mən həmişə bu dövlət üçün çalışmışam, indi də çalışıram. Həmişə atdığım addımların qanun çərçivəsində olmasına diqqət edirəm, başqa cür ola da bilməz. Mən dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşovun qəbulunda olmuşam. Onlara ünvanladığım suallara cavab verə bilmirlər.


Nəzərinizə çatdırım ki, 2012-ci ildə Ukrayna dairəsinin yaxınlığında mənim 24 sot çıxarışlı sənədi olan torpaq sahəm vardı. Məndən xahiş edildi və həmin torpağı dövlət fonduna verim. Həmin yerdə hərbçilər üçün bina tikilib. Düşündüm ki, dövlət üçün lazımdırsa, mən bunu etməliyəm. Məhəmməd Hadi küçəsi, 93/99 ünvanındakı torpaq da onun əvəzinə mənə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən verilib. Niyə mən qanuni mülkiyyətçisi olduğum torpaqla bağlı problem yaşamalıyam?! Mən istəyirəm ki, hər şey halallıqla olsun. Amma baxıram ki, elə ən böyük haqsızlığı, haramlığı mənə qarşı edirlər. Məni şantaj edirdilər ki, jurnalistləri çağırıb ağacları kəsdiyini deyəcəyik. Mən bütün bunlar ola bilər deyə, foto və videoçəkilişlər aparmışam. Orada Hacıbala kişi deyib ki, ərazidə 200 ağac bir gecədə kəsilib.


Ömür boyu 24 sot torpaqda 200 ağac olmayıb. Ay Hacıbala kişi, sənə 1000 manat verdim, sonra sən 5000 manat istədin. Verməyəndə də belə haqsızlığa əl atdınız. Olmaz belə!”.

R.Temirov vətəndaş olaraq hüquqlarının tapdandığını bildirib:

"Nazirliyin bu addımı tam qanunsuzdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində qeyd edilib ki, vətəndaşların mülkiyyəti toxunulmazdır, dövlət tərəfindən qorunur və müdafiə olunur. Bəs mənim hüquqlarım niyə qorunmur?!

Ağac kəsmək cinayət işi deyil ki, bununla bağlı materiallar Baş Prokurorluğa göndərilib.

Nazirlər Kabinetinin 321 saylı qərarı var. Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi İradə İbrahimova hələ 2018-ci ildə jurnalistlərin "mülkiyyətçilər ağacları kəsə bilərmi” sualını cavablandırarkın deyib ki, "əgər həyətyanı bağ sahəsinin resyterdən çıxarışı varsa, ağac vətəndaş tərəfindən kəsilə bilər. Reyster çıxarışı yoxdursa, ağac kəsilməsi qanunevricilikdə qadağandır”.

Onun sözlərinə görə, ərazidə ikimərtəbəli obyekt tikdirməyi planlaşdırıb:

"Mən bina tikən deyiləm. Mənim torpaq sahəm tən ortadadır, sağdan da soldan da binaya 40 metr var. Yəni bunun heç kimə maneəsi yoxdur. Mən orada futbol meydanı tikmək istəyirəm”.

Qanunun onun tərəfində olduğunu iddia edən mülkiyyətçi deyib ki, proses bu həftə ərzində yekulaşmalıdır:

"Ərazidə cəmi 3-4 şam ağacı vardı, o da yerində qalıb. Mən bütün sağlam meyvə ağaclarını sakinlərin iştirakı ilə köçürmüşəm. Sonadan "biri dedi "3 ağac əkmişəm pulumu ver”, biri dedi "5 ağac əkmişəm, pulumu ver”, o biri dedi "2 ağac əkmişəm, illərdir ona qulluq edirəm pulumu ver”. Mən onlara izah etdim ki, ərazi mənim şəxsi mülkiyyətimdədir, heç kimin məndən pul tələb etmək haqqı yoxdur. Mən özüm halal adamam, mərdiməzarlıq edən deyiləm. Bununla belə üstümə gələnlərin birinə 500 manat, birinə 1000 manat, o birinə 1500 manat verdim ki, bağda əziyyət çəkiblər. Bundan sonra hamısı növbəyə düzülmüşdü pul almaq üçün. Yenə deyirəm mən onlara pul borclu deyildim. Əslində ərazini illərdir istifadə etdiklərinə görə, dövlətə sağ ol deməlidirlər.


Daha sonra modern.az onu da qeyd edib ki,digər tərəfdən, ərazidə kəsilən ağacların hamısı qurumuş nar kolları idi. Kəsim aparmazdan əvvəl ərazidə videoçəkiliş də aparmışam. Mən hadisələri hərtərəfəli ölçüb-biçən adamam, bunların başıma gətirilmə ehtimalını düşünmüşdüm. Əncir, alça və s.7-8 növ meyvə ağacı vardı. Onlar da vətəndaşların iştirakı ilə digər əraziyə köçürülüb. Dünən isə ərazidə öz hesabıma 4 metrəlik 39 ədəd şam ağacı əkmişəm. Bu da mənə deyilən "sağ ol!”. İllərdir Xətai rayon İcra Hakimiyyəti oraya verilən suyu kəsdiyi üçün ağaclar qurumuşdu. Gücləri mənə çatır deyəsən”.


Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR