17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Pirallahıda yaşayan məcburi köçkünlərə mənzil veriləcək
Pirallahı qəsəbəsində yaşayan bütün məcburi köçkünlər müasir mənzillərlə təmin ediləcək.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.
Onun sözlərinə görə, prezident İlham Əliyevin tapşırığına əsasən, məcburi köçkünlərin problemlərinin həll edilməsi üçün işlər aparılır:
“Bunlar birinci vitse-prezident Mehriban Əliyevanın gündəlik nəzarətində olan məsələlərdir və Komitə verilən tapşırıqlar əsasında fəaliyyət göstərir. Yaxın aylarda Pirallahı qəsəbəsində yaşayan bütün məcburi köçkünlər müasir mənzillərə təmin ediləcək.
Düşünürəm ki, təxminən il yarımdan sonra artıq biz Bakıda bütün məcburi köçkünlərin müasir mənzillərlə təmin olunduğu bir neçə rayonun adını çəkə biləcəyik”.
Rövşən Rzayev qeyd edib ki, qəzalı binalarla bağlı da müvafiq işlər görülür.
Nəzrin Abbaszadə
Emtv.az