SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Naxçıvanda konsert proqramı olub - FOTO

9-05-2019, 11:42 | Oxunub: 10 284 |

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Naxçıvanda konsert proqramı olub - FOTO

Mayın 7-də Naxçıvan şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun yaranmasının 15 illiyi münasibətilə konsert proqramı təşkil olunub.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, tədbirin aparıcıları müasir Azərbaycanın qurucusu və memarı olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edildiyini bildiriblər. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə həmişə Vətənimizin inkişafı və çiçəklənməsi üçün yorulmaz fəaliyyət göstərib.

Diqqətə çatdırılıb ki, Ümummilli Liderimizin nəsillərə nümunə olan şərəfli həyatında Naxçıvana bağlılıq, Azərbaycanın bu qədim diyarına tükənməz məhəbbət və ardıcıl qayğı xüsusi yer tutub. Ulu Öndər harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq daim Vətəni və xalqı üçün çalışıb.

Ümummilli Lider həmişə Naxçıvanın yüksəlişi və tərəqqisi naminə xüsusi səy göstərib. 1990-1993-cü illərdə Naxçıvanın blokadasının aradan qaldırılması və inkişafı üçün mühüm tədbirlər həyata keçirib.

Vurğulanıb ki, bu gün Ulu Öndərin siyasi irsi onun layiqli davamçısı Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Yarandığı ilk gündən başlayaraq Heydər Əliyev Fondunun fəaliyyətində xeyirxahlığın, mərhəmətin, humanistliyin, milli-mənəvi dəyərlərə sadiqliyin prioritet istiqamətlər kimi müəyyən edildiyi bildirilib. Qeyd edilib ki, on beş illik fəaliyyəti dövründə Fond ümummilli lider Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, dünya birliyinə inteqrasiyası, xalqımızın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə böyük dəstək verib.

Ötən 15 ildə Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılması istiqamətində, o cümlədən əhalinin rifahının yüksəldilməsinə xidmət edən genişmiqyaslı proqram və layihələr həyata keçirib. Fondun əsas missiyası ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin, ideyalarının öyrənilməsi və təbliği ilə yanaşı, ölkə daxilində və xaricdə sosial-iqtisadi və humanitar inkişafı dəstəkləməkdir.

Konsertdə ölkəmizin tanınmış incəsənət nümayəndələri - Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Samir Cəfərov, Azər Zeynalov, Əməkdar artistlər İlqar Muradov, Lalə Məmmədova, Abbas Bağırov, müğənnilər Günay İbrahimli, Elnur Məmmədov və Sərxan Bünyatzadənin ifa etdikləri xalq, bəstəkar və estrada mahnıları şəhər sakinləri tərəfindən alqışlarla qarşılanıb. Konsertdə Xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi "Qaytağı" instrumental ansamblının ifasında musiqi nömrələri və müxtəlif rəqslər təqdim edilib.

Konsert proqramı Naxçıvan sakinlərində əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR