SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“SPİKERƏ QARŞI KAMPANİYA APARILIR…” – “Niyə o məmurun deyil, Əsədovun adı çəkilir?”

2-05-2019, 12:03 | Oxunub: 9 568 |

“SPİKERƏ QARŞI KAMPANİYA APARILIR…” – “Niyə o məmurun deyil, Əsədovun adı çəkilir?”

“Bu məlumatların bir adı var, o da təxribatdır. Bütün bunlar saf bir insana atılan çamurdan başqa bir şey deyil. Təbii ki, yazılanların hamısı yalandır”.

Emtv.az xəbər verir ki, bunları Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Moskvada spiker Oqtay Əsədovun ailəsinə, Londonda isə kürəkəni Mehman Qocayevə məxsus milyonluq mülklərin olması ilə bağlı iddialara münasibət bildirərkən deyib. A.Təvəkküloğlu “Yeni Müsavat” qəzetinə bu barədə danışıb.

Moskvadakı mülklər haqda çox deyilib, təkrarlamağa ehtiyac yoxdur. Ən son məlumatda isə bildirilirdi ki, spiker Oqtay Əsədovun kürəkəni Mehman Qocayevin Londonun ən bahalı bölgələrindən olan St. Johns Wood-da 1 milyonluq penthauzu (mülkü) üzə çıxıb. Həmin mülklə bağlı sənəddə bildirilir ki, penthauzun alınması üçün ”Goldbek Investment” şirkətinə milyon funt vəsait ödənilib. Əmlakın alınması tarixi Mehman Qocayevin doğum günü ilə üst-üstə düşür. Hər ikisi yanvar ayının ikisi…

“SPİKERƏ QARŞI KAMPANİYA APARILIR…” – “Niyə o məmurun deyil, Əsədovun adı çəkilir?”

Maraqlıdır ki, xeyli vaxtdır bu səpkili məlumatlar yayılsa da, Əsədovlar hər hansı açıqlama verməyiblər.

Moskvadakı mülklərlə bağlı iddialar ortaya atılanda “Spikerin ailəsi acından ölməməlidir” deyə, Əsədovların müdafiəsinə qalxan deputat Fəzail Ağamalı isə yenə bildirib ki, Milli Məclisin sədrinə qarşı kampaniya aparılır: “Bir müddətdir ki, Azərbaycan dövlətçiliyində mühüm post tutan və mənim kifayət qədər təmizliyi ilə tanıdığım, bütün davranışlarını ölçüb-biçərək ortaya qoyan, millət vəkilləri ilə yüksək səviyyədə davranış sərgilən Oqtay Əsədova qarşı düşünülmüş kampaniya aparılmaqdadır. Ötən ay Moskvada, guya onun ailəsinə məxsus olan restoranla bağlı məlumatlar, indi kürəkəni ilə əlaqədar verilən yazılar göstərir ki, konkret mərkəzdən Oqtay Əsədova qarşı, onu nüfuzdan sala biləcək və həqiqətə uyğun gəlməyən informasiyalar tirajlanır. Düşünürəm ki, bu, Azərbaycanı istəməyən və dövlətçiliyimizi nüfuzdan salmağa çalışan adamlar tərəfindən həyata keçirilir. Təəssüf edirəm ki, Azərbaycanda bəzi siyasətçi deyilən şəxslər də bu avantüranın içərisindədir və Oqtay Əsədova qarşı şər-böhtan kampaniyalarında önə çıxmaqdadırlar”.

Daha sonra azpolitika.info onu da qeyd edib ki,spikerin kürəkəninin Londonda bahalı mülk alması haqda məlumata gəlincə, F.Ağamalı xatırladıb ki, Mehman Qocayev yüksək vəzifələrdə çalışmış məmurun (Binəqədi rayon İcra Hakimiyyətinin sabiq başçısı Alı Qocayev-red.) oğludur, atasının adını hallandırmaq daha doğru olar: “Oqtay Əsədovun kürəkəni deyilən şəxsin (?) Londonda mülkünün olması mənə bəlli deyil. Ancaq düşünürəm ki, bunu belə qabardaraq kürəkəninin maşınını, Londonda olan ya olmayan mülkünü çəkərək, nə üçün Oqtay Əsədovun üstünə gedirlər? O, Oqtay Əsədovun qızının həyat yoldaşıdır. Mehman Qocayev Azərbaycanda kifayət qədər tanınan, ciddi vəzifələrdə çalışmış bir məmurun övladıdır. Niyə o məmurun deyil, məhz Oqtay Əsədovun adı çəkilir? Çıxarılan nəticə bundan ibarətdir ki, düşünülmüş şəkildə, olan və ya olmayan faktları Oqtay Əsədovun adına yazmaqla həm onun imicinin ləkələnməsi məqsədi güdülür, həm də Azərbaycan dövlətçiliyinə etimadsızlıq toxumu səpilir. Bunun arxasında duranlar isə heç də Azərbaycanı sevən insanlar deyil. Bunu Oqtay Əsədovun adı ilə bağlamaq absurd və qərəzlidir. Təəssüf ki, Azərbaycanın bəzi mətbu orqanları da bu kampaniyaya qoşularaq, yalan məlumatları ictimailəşdirirlər”.

Ağamalı bildirib ki, Oqtay Əsədovu uzun illərdir ki, tanıyır: “30 ilə yaxındır ki, onunla tanışam. Oqtay Əsədovu çox nəcib, öz imicini qoruyan, ətrafındakılara məsafəli, sivil anlayış nümayiş etdirən dövlət xadimi kimi tanıyıram və belə də qiymətləndirirəm. Bu cür yazılar Oqtay Əsədovla bərabər, Azərbaycan dövlətçiliyinin qolu olan Milli Məclisin nüfuzdan salınmasına xidmət edir”.

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR