SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

SPİKERİN AİLƏSİNİN LONDONDA DA ƏMLAKI TAPILDI - 2,5 milyonluq penthauz + FOTOLAR

30-04-2019, 16:45 | Oxunub: 9 818 |

SPİKERİN AİLƏSİNİN LONDONDA DA ƏMLAKI TAPILDI - 2,5 milyonluq penthauz + FOTOLAR

“Spiker Oqtay Əsədovun kürəkəni Mehman Qocayevin Londonun ən bahalı bölgələrindən olan St. Johns Wood-da 1 milyonluq penthauzu (mülkü) üzə çıxıb. O bölgədə ki, orda ölkənin ən zəngin milyarderləri, məşhur aktyorları və pop-divaları yaşayır. Həmin mülklə bağlı sənəddə bildirilir ki, penthauzun alınması üçün “Goldbek Investment” şirkətinə milyon funt vəsait ödənilib. Əmlakın alınması tarixi Mehman Qocayevin doğum günü ilə üst-üstə düşür. Hər ikisi yanvar ayının ikisi …”

Emtv.az xəbər verir ki,bunları Moskvadan Zaur Əliyev adlı şəxs ictimailəşdirdiyi araşdırmasında yazır.

Onun verdiyi məlumatdan, paylaşdığı sənəddən belə aydın olur ki, spiker Oqtay Əsədovun ailəsi yalnız Rusiyada deyil, başqa ölkələrdə də daşınmaz əmlaka külli miqdarda vəsait yatırıb.

Müəlif iddia edir ki, Londondakı 1,2 milyon funtluq penthauzu (təxminən, 2,5 milyon manat-red.) Mehman Qocayevə doğum günündə qayınanası – mətbuatda adı Moskvanın Bakı küçəsindəki striptiz klub kimi işlədilən “Kapriz”in sahibəsi kimi hallanan, uşaq bağçasının direktoru işləyən Zemfira Əsədova hədiyyə edib.

SPİKERİN AİLƏSİNİN LONDONDA DA ƏMLAKI TAPILDI - 2,5 milyonluq penthauz + FOTOLAR

Mehman Qocayev kimdir?

Daha sonra müəllif Mehman Qocayevin kim olduğunu açıqlayıb: “Mehman Qocayevin London ilə heç bir biznes əlaqəsi olmamalıdır, əslində. İstehza doğuran məqam odur ki, Mehman Qocayev Azərbaycanda yüksək vəzifə tutur, o indi Bakı şəhər Prokurorunun müavinidir!”

Qeyd olunan faktın Əsədovların bütün dünyada əmlak sahibi olduğunu göstərdiyi bildirilib: “Bu həm də Azərbaycan iqtisadiyyatının etibarlı olmadığını göstərən faktdır. Parlamentin rəhbəri də heç bir əlaqəsi olmayan ölkələrdə daşınmaz əmlak almağa girişibsə, ümidini rəhbərlik etdiyi ölkədən kəsib deməkdir”.

SPİKERİN AİLƏSİNİN LONDONDA DA ƏMLAKI TAPILDI - 2,5 milyonluq penthauz + FOTOLAR

Yazıda Mehman Qocayevin bahalı avtomobillərinin də olduğunu vurgulayıb: “O, hər zaman həmkarlarını bahalı avtomobillər kolleksiyası ilə heyrətləndirib. Formula 1-dən ilhamlanan Mehman Qocayev çox bahalı, yüksək sürətli avtomobillərə meyllidir. Onu, adətən, 12 mühərrikli 200 000 avro(AUDI A8L WW12) dəyərində bir idman maşını ilə gəzən görürlər”.


Yazıda bildirilir ki, M. Qocayevə məxsus 10-SS-500 nömrəli avtomobil tez-tez Prokurorluğun maşın parkında görünür: “Ötən əsrin sovet filmlərində olduğu kimi. Bundan başqa, polkovnik işə “SS” nömrəli alman avtomobili ilə “Gestapo”da olduğuna bənzər formada gəlir”.

SPİKERİN AİLƏSİNİN LONDONDA DA ƏMLAKI TAPILDI - 2,5 milyonluq penthauz + FOTOLAR

Müəllif eyni zamanda Mehman Qocayevin zamanında keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun ailə üzvləri arasında tez-tez göründüyünü idddi edir: “Prokuror Mahmudovun dəbdəbəli məclislərinə işdən daha çox vaxt keçirirdi. Məlum olduğu kimi, Oqtay Əsədov da keçmiş “UBXSS” şefinə deputatların biznesi barədə məlumatları ötürürmüş”.

SPİKERİN AİLƏSİNİN LONDONDA DA ƏMLAKI TAPILDI - 2,5 milyonluq penthauz + FOTOLAR

Sonda müəllif spikerin həyat yoldaşının Rusiyada striptiz klubun sahibəsi olması, ailəsinin Moskvada və Londonda pethauzlar alması faktlarının ortaya çıxmasının Azərbaycan parlamentinin imicinə də ciddi zərbə vurduğunu bildirib.

Məlumatlar dünən yayılsa da, spikerin özüvə yaxınları hər hansı açıqlama verməyiblər. Bununla belə, qeyd olunanlarla bağlı, yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR