SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İcra başçının MTN-dən işdən çıxarılan oğlu atasının biznesinin başına keçib - Şəmkir şefi haqda ilginc iddialar...

24-04-2019, 10:26 | Oxunub: 10 234 |

İcra başçının MTN-dən işdən çıxarılan oğlu atasının biznesinin başına keçib - Şəmkir şefi haqda ilginc iddialar...

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki,Şəmkirdə aparılan araşdırmalar zamanı artıq o yerə gəlib çıxıb ki, şəhərdə “zibilin içində” olan təkcə prokurorluq əməkdaşlarının həbs etdiyi keçmiş “JEK” rəisi Teymur Hacıyev deyilmiş.

Sən demə, icra başçısı Alimpaşa Məmmədovun əməllərinin yanında T.Hacıyev “toya getməli” imiş.

Həmsöhbət olduğumuz sakinlər bizə elə faktlar açıqladılar ki, Şəmkirin bu günə düşməsinin səbəbi, “cümlə xəyanətlərə bais” şəxsin kimliyi aydın oldu - icra başçısı...

“Yeni Müsavat”a danışan sakinlərin sözlərinə görə, icra başçısını kabinetində tapmaq olmur. Onlar iddia edirlər ki, Alimpaşa Məmmədovun günü özünə aid qızıl balıq fermasında keçir.

Şəmkirlilər deyirlər ki, icra başçısının forel balığı təsərrüfatı ətraf kəndlərə ciddi ziyan vurur.

Çünki balıq təsərrüfatının ucbatından Seyfəli, Abbaslı kəndlərinin camaatı Dəryaçayın natəmiz, çirkli, balıqların ifrazatının qarışdığı sudan içməli olur. Elə biz də bu məqsədlə Seyfəliyə yollanıb A.Məmmədovun balıq biznesini araşdırmağa qərar verdik.

Kənddə olarkən öyrəndik ki, Dəryaçay ətrafındakı yaşayış massivlərində uşaqdan böyüyə hər kəs icra başçısının “Azərforel” ferması haqda məlumatlıdır. Kimdən soruşursan, deyir ki, “hə, müəllimin ferması o tərəfdədir”. Amma başçı özünün fermasına asfalt yol çəkdirib, yola şlaqbaum qoydurub.

Alimpaşa Məmmədov Şəmkiri Dəryaçaydan idarə edir. Oradakı əhalinin içməli su anbarını özünün balıqçılıq fermasına çevirib. Su anbarında qızıl balıq cinsindən olan forel balığı bəslənir.

“Azforel” balıqçılıq şirkətinin yetişdirdiyi balıqlara verilən kimyəvi tərkibli yem suya qarışır, balıqların təbii ehtiyacları da axarla Aşağı Seyfəli və digər kəndlərə çatır.

Sakinlər balıq tullantıları və kimyəvi qarışıqlı su içmək məcburiyyətində qalırlar. Həmin kəndlərin sakinlərinin etirazlarını da Alimpaşa Məmmədov eşitmir. Seyfəli kənd sakinləri deyirlər ki, icra başçısı rəsmən onları zəhərləməklə məşğuldur: “Bir neçə dəfə icra nümayəndəsinə demişik, başçıya məktub yazmışıq, bizi sayan olmayıb. Kimin nəyinə lazımdır? Fikirləşirlər ki, cəhənnəmə camaat zəhərli su içsin, əsas Alimpaşa müəllimin balıqdan qazancıdır. Gözləyirlər ki, uşaqlarımız bu sudan bir gün xəstəlik tapsın, kimsə zəhərlənsin, ya dəri-zöhrəvi xəstəliyi yayılsın, onda əncam çəksinlər. Axı bizim başqa içməli su mənbəyimiz yoxdur. Niyə bunu nəzərə almırlar?”

Kənd camaatı danışır ki, yolu bağlayıb etiraz etmək, problemi prezidentə çatdırmaq istəyirlər. Onlar sabiq başçı Nazim Veyisova şükür edirlər. Onun dövründə belə özbaşınalıqlar olmayıb, əhalinin dərd-səri dinlənilib. A.Məmmədov isə sakinləri yaxına buraxmır.

“Alimpaşa müəllimi kabinetində, icra hakimiyyətində tapmaq qəliz məsələdir. Onu ya Seyfəli kəndinin kənarındakı Dəryaçayda özünün ”Azərforel" adlandırdığı balıqçılıq təsərrüfatında görərsən, orada da olmursa, Şəmkirdən Gədəbəyə gedən yolun üstündə, Qaraboyludakı maralçılıq fermasında taparsan. Bilmirik ki, onu Şəmkirə icra başçısı təyin ediblər, yoxsa baş fermer...", - deyə sakinlərdən biri şikayətlənir.

Onun sözlərinə görə, ferma formal olaraq başçının oğlu Adil Məmmədovun adınadır: “Bunu Şəmkirdə bilməyən yoxdur. Alimpaşa Məmmədov Şəmkirə başçı gələndən sonra burada özünə nəhəng biznes qurdu, mal-mülk yaratdı. Onun oğlu həmin günlərdə MTN-də işləyirdi, indi işdən çıxıb, gəlib oturub Şəmkirdə, fermaya nəzarət edir. Danışanda da deyir ki, oğlum biznesmendir. Özününsə günü elə Dəryaçayda keçir”.

Sakinlər onu da bildirirlər ki, Şəmkir şefi təkcə qızıl balıq biznesi ilə qane olmur. Deyildiyi kimi, Qaraboyluda maral ferması da var. Bu təsərrüfat, deyilənə görə, 5 ilə əvvəl yaradılıb, artıq 70 maral saxlayır.

İddialara görə, maral fermasının saxlanılmasına idarə və təşkilatlardan, bələdiyyələrdən xərac toplanıb. Bu vəsaitlər hesabına Şəmkir paşasının maralları yemdən yeyib kökəlir, balalayır, artır. Beləcə maral sürüsü əmələ gəlir.

Sakinlər deyirlər ki, dərd bir deyil, beş deyil, hansını söyləyəsən... Belə ki, Şəmkir kimi heyvandarlıq imkanları olan bir bölgədə örüş sahələri yoxa çıxıb. Camaat danışır ki, sovet dövründə Şəmkirin Ceyrançöl ərazisində geniş örüş sahələri olub. İndi örüş sahələri qalmayıb. Çünki icra başçısı bu torpaqlara da əl qoyub.

Sakinlər iddia edirlər ki, A.Məmmədov forel və maral fermaları ilə məhdudlaşmayıb, Ceyrançöldəki örüş sahələrini özəlləşdirib, dövlətdən kənd təsərrüfatının inkişafı üçün subsidiyalar alıb, taxıl əkdirir. Hərçənd ki, yararsız torpaq olan bu ərazilər örüş üçün nəzərdə tutulub, ona görə taxıl heç düz-əməlli yetişmir.

İntəhası, A.Məmmədov dövlətin pulunu subsidiya şəklində alaraq taxıl biznesində batırır. Əvəzində isə əsl əkin-biçin sahələri su üzünə həsrət qalıb. Sakinlər şikayətlənirlər ki, örüş sahələri fermerlərə qaytarılmalıdır.

“Ceyrançöldə mal-heyvan otarmağa yer tapmırıq. Paşamız imkan vermir ki, heyvanları gətirək. Axı bu torpaqlar taxıl əkmək üçün deyil. Bunu izah edən yoxdur, bizim sözümüzü də eşitmirlər”, - deyə fermerlər gileylənirlər.

Fermerlərin örüş sahəsi, Seyfəli kəndinin içməli su problemi kimi Şəmkirin mərkəzinin də təmizlik dərdi bitmək bilmir. Ötən reportajda şəhərin başdan-başa zibillik içində “üzdüyünü” yazmışdıq. Həmçinin mərkəzi küçələrin bu günə düşməsinin əsl səbəbinə toxunmuşduq.

Məlum olmuşdu ki, Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəisi Teymur Hacıyevin fəhlələrin maaş kartını mənimsəməsi, “ölü can”lar saxlaması ucbatından küçələrdə antisanitariyadır.

Prokurorluğun, keçirdiyi əməliyyat zamanı saxlanıb, sonra azad edilən T.Hacıyev işdən çıxarılıb.

Əldə etdiyimiz xəbərə görə, keçmiş "JEK" müdiri ötən reportajımızı oxuyub və çevrəsində qeyri-rəsmi şəkildə bildirib ki, onu heç kəs həbs edə bilməz: “Bunun üçün gərək icra başçısını da tutsunlar. Mən bilirəm kimin yanında nə demək lazımdır...”

A.Məmmədovun isə onun yerinə təzə təyin etdiyi rəis Pərviz İbrahimovdur. Sakinlər deyirlər ki, P.İbrahimovun bu sahədən anlayışı yoxdur və hələ də küçələr zibillik içindədir...

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR