SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Vor zakon”lar kütləvi şəkildə Rusiyadan qaçmağa hazırlaşır

1-03-2019, 14:19 | Oxunub: 10 418 |

 “Vor zakon”lar kütləvi şəkildə Rusiyadan qaçmağa hazırlaşır

Rusiyalı kriminal avtoritetlər kütləvi şəkildə ölkəni tərk etməyə və özlərinin kriminal "briqadalarını" kənardan idarə etməyə hazırlaşır.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunun səbəbi Rusiyada prezident Vladimir Putin tərəfindən Dövlət Dumasına təqdim edilən və artıq birinci oxunuşdan keçən qanun layihəsidir. Qanun layihəsinə əsasən kriminal iyerarxiyanın rəhbərliyinə daxil olmaq, yəni "vor zakon" titulu daşımaq avtomatik olaraq cinayət məsuliyyəti yaradır və belələrini 15 ilə qədər həbs gözləyir.

"Rosbalt" yazır ki, artıq bu cür qanqsterlərin yarıdan çoxu öz briqadalarını Türkiyə, Azərbaycan, İtaliya və digər ölkələrin ərazilərindən idarə edirlər. Lakin Rusiyanın güc strukturları da öz tədbirlərini görürlər, "vor zakon"ların telefonlarını dinləməyə qoyurlar.

"Vor zakon" titulu daşımağa görə cinayət məsuliyyətini nəzərdə tutan qanun ilk dəfə Gürcüstanda, 2004-cü ildə baş vermiş "Qızılgül inqilabı"ından sonra tətbiq edilib. Mixail Saakaşvili ölkədə baş alıb gedən cinayətkarlığın və mütəşəkkil cinayətkar qruplaşmaların qarşısını almaq üçün həmin qanun layihəsini irəli sürüb. Bundan sonra Gürcüstanda "vor zakon"ların sayı kəskin azalıb. Onlar ölkəni tərk etməli olublar. Çünki polis əməliyyatı zamanı saxlanılan "vor zakon"lar kameralar qarşısında öz titullarını inkar etsələr kriminal aləmin qaydalarına görə daha bu adı daşıya bilməzdilər. Titulun təsdiqlənməsi isə cinayətin etirafı mənasını verirdi.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR