SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş konsert keçirilib

20-02-2019, 16:17 | Oxunub: 10 579 |

Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş konsert keçirilib

Fevralın 19-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş “Qarabağ” adlı konsert proqramı təqdim olunub.

Emtv.az xəbər verir ki, “Mədəniyyət” telekanalının təşkilatçılığı ilə reallaşan konsertdə Xalq artisti Samir Cəfərov, Əməkdar artistlər Anar Şuşalı, Almaz Orucova, Təyyar Bayramov, Tahir İmanov, Ehtiram Hüseynov, İlahə Əfəndiyeva, Fərid Əliyev, Babək Niftəliyev və tanınmış müğənnilər Samir Piriyev, Mirələm Mirələmov, Səbinə Ərəbli, Sərxan Bünyatzadə, Kamilə Nəbiyeva, Ariz Hüseynov, Taleh Yəhyayev və başqaları çıxış edib.

Əməkdar artist Tahir İmanov saytımıza Süleyman Ələsgərovun 95 illiyi ilə bağlı keçirilən konsert barədə danışıb:

“Xalq artistinin unudulmuş əsərləri arxivdən tapılıb, konsertdə onlara ikinci nəfəs verilmişdi. Bu məsələyə “Mədəniyyət” telekanalının rəhbəri Ramil Qasımovun göstərişi ilə diqqətlə yanaşılmışdı. Çünki bu əsərlər çoxdandır ifa olunmayıb.

Bu əsərləri bizim korifey sənətkarlarımız – Şövkət Ələkbərovadan, Rəşid Behbudovdan sonra müasir sənətkarlarımız ifa etdi. Süleyman Ələsgərovun əsərləri bu gün də yaşayır və yeni nəslin nümayəndələri həmin əsərləri ifa edir. Yeni nəsil əsl Azərbaycan musiqisini bu cür konsertlərlə təbliğ olunduğunu bilməlidir. Fikrimcə, bu cür konsertlərdən sonra artıq yeni nəsil əsl musiqini seçə bilər”.

Tahir İmanov bildirib ki, konsertdə Süleyman Ələsgərovun yaradıcılığında xüsusi yer tutan “Ulduz” operettasından duet səsləndirilib:

“Biz bu dueti Əməkdar artist Lalə Məmmədova ilə birlikdə ifa etdik. Təəssüflər olsun ki, Süleyman Ələsgərovun əsərlərini bir konsertdə göstərmək mümkün deyil. Biz çalışdıq ki, unudulmuş əsərləri təqdim edək. Azərbaycanda bu cür konsertlər çox keçirilir. Bizim bu cür musiqimiz özəl kanallarda təbliğ olunmur. Gənc nəslin həmin konsertlərə getməsini məsləhət görərdim. Görsünlər ki, əsl Azərbaycan musiqisi necə olur”.

Konsertdə Süleyman Ələsgərovun musiqisevərlər arasında sevilən “Gözəl Şuşa”, “Gözlə məni”, “Xəyala dalarkən”, “Göy-göl”, “Neylərəm”, “Qarabağ”, “Bilsəm sən gəlirsən” və digər mahnıları, romansları incəsənət ustaları tərəfindən səsləndirilib.

Əsərləri hər bir azərbaycanlının qəlbində əbədi iz qoyan, dahi Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı olan Süleyman Ələsgərov milli mədəniyyətimizə bənzərsiz musiqi əsərləri bəxş edib.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR