SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Çeçenlərlə azərbaycanlılar görüşdülər

16-02-2019, 13:25 | Oxunub: 11 373 |

Çeçenlərlə azərbaycanlılar görüşdülər

Fevralın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılarla çeçenlər arasında yaranmış qalmaqaldan sonra məsələyə münasibət bildirilib.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Moskvada toplaşan hər iki tərəfin nümayəndələri azərbaycanlılarla çeçenlər arasında heç bir ədavətin olmadığını bəyan ediblər.

Çeçenlərin nümayəndəsi törədilən hadisələri təxribat adlandırıb və hər iki tərəfi bu təxribata uymamağa çağırıb.

"Moskvada minlərlə çeçen və azərbaycanlı dostluq edir. Onlar birlikdə işləyirlər, bir-birilərinə etibar edirlər. Azərbaycanlılarla çeçenlər yaxın qardaş kimi birləşiblər. Bütün azərbaycanlılara bildirmək istəyirəm ki, onlar narahat olmasınlar.

Ola bilər ki, aramızda hansısa anlaşılmazlıq və problem olub. Həmin problemi hansısa kompüter arxasında oturan dələduz götürüb paylaşıb və həmin hadisəni şişirdib. Bununla da, həmin şəxslər təxribat yaratmaq istəyirlər.

İstəyirəm bildirib ki, biz dostuq, çeçen və azərbaycanlılar qardaşdırlar. Heç kəs bizim azərbaycanlı qardaşlarımızı təhqir edə bilməz və buna haqları yoxdur. Heç kim də, heç vaxt bu əmələ haqq qazandırmır.

Həmçinin həmin insidentdə iştirak edən azərbaycanlılara səslənmək istəyirəm. Hansısa çeçeni videoya çəkib, yaymaq provakasiya yaratmaqdır.

Biz hər gün görüşürük, çörək yeyirik. Buna hörmət etməliyik. Arada yaranmış şəxsi münasibətlərə görə azərbaycanlılarla çeçenlər arasında qalmaqal yaratmaq olmaz. Şəxsi problemləri aranızda həll edin.

Bütün çeçenlər azərbaycanlıları təhqir edən həmin şəxsi və həmin çeçenin videosunu yayan şəxsi də qınayır", - deyə həmin şəxs bildirib.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR