SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

BDU-nun kafedra müdiri vəfat etdi

14-02-2019, 11:28 | Oxunub: 11 454 |

BDU-nun kafedra müdiri vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Aqil Cəfər Xəndan oğlu Hacıyev vəfat edib.

Emtv.azyerli mətbuata istinadən xəbər verir ki, bunu BDU-nun Mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib.

A.Hacıyev 72 yaşında dünyasını dəyişib. O, ürək-damar xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Aqil Hacıyev 10 avqust 1947-ci ildə anadan olub. 1965-1970-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1970-1973-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspirantura təhsili alıb və 1973-cü ildə namizədlik dissertasiyasını müdafiə edib. Həmin ildən BDU-nun rus ədəbiyyatı tarixi kafedrasında müəllimlik fəaliyyətinə başlayıb və kafedrada müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

1982-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Müxtəlif illərdə Təbiət fakültələri üzrə rus dili kafedrasının müdiri (1982-1984) və Filologiya fakültəsinin dekanı (1990-1992) vəzifələrində işləyib. Rus ədəbiyyatı tarixi kafedrasının professoru və müdiri olub.

1987-ci ildən Yazıçılar Birliyinin üzvü, 1993-cü ildə Ankaradakı Türk Folklor Qurumunun fəxri üzvü, 2003-cü ildə Tbilisi Beynəlxalq Sosial-iqtisadi Akademiyasının həqiqi üzvü və Sankt-Peterburq Pyotr Elm və İncəsənət Akademiyasının müxbir üzvü seçilibr. 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif edilib.

Müxtəlif illərdə Ali Attestasiya Komissiyasının eksperti, AAK-da Humanitar və ictimai şöbənin müdiri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Ekspert şurasının sədri olub. 18 elmlər namizədi hazırlayıb.

O, məşhur şair, ədəbiyyatşünas alim, professor Cəfər Xəndanın oğludur.

Allah rəhmət eləsin!

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR