SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Ceyhun Bayramov: "Ucqar kəndlərdə müəllim fəaliyyəti ilə bağlı problem əsasən həll edilib"

1-02-2019, 17:27 | Oxunub: 3198 |

Ceyhun Bayramov: "Ucqar kəndlərdə müəllim fəaliyyəti ilə bağlı problem əsasən həll edilib"

"Azərbaycanda ucqar kəndlərdə qeyri-ixtisaslı müəllimlərin fəaliyyəti ilə bağlı problem əsasən həll edilib".

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov bir qrup gənc müəllimlə görüşündə çıxış edərkən deyib.

C.Bayramov əlavə edib ki, son 5 ildə 20 minə yaxın müəllim işə qəbul edilib: "Onların 90 faizi gənc müəllimlərdir. İşə qəbul olunmuş müəllimlərin 70 faizi ölkənin müxtəlif ucqar kəndlərində fəaliyyətə başlayıb və onların hamısına stimullaşdırma tədbirləri tətbiq edilib. Hesab edirəm ki, bununla da ucqar kəndlərdə qeyri-ixtisaslı müəllimlərin fəaliyyəti ilə bağlı problem əsasən həll edilib. Növbəti illərdə bu problem tam olaraq öz həllini tapacaq".

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR